Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2019
09:58
161
`Xətai` stansiyası vaxtından tez istifadəyə veriləcək

Metronun "Xətai" stansiyasında təmir işlərinin növbəti mərhələsi başa çatmaq üzrədir.

Bunu Trend-ə özəl açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, artıq stansiyada yeni eskalatorların quraşdırılması artıq yekunlaşmaq üzrədir: "Artıq eskalatorların son hissəsi quraşdırılır. Yaxın günlərdə bu proses başa çatacaq. Bundan sonra eskalatorların sazlanması və sınaq yoxlanışı həyata keçiriləcək".

B.Məmmədov bildirib ki, bununla paralel olaraq stansiyada digər təmir-tikinti işləri də davam etdirilir: "Stansiyanın bütün infrastrukturu yenilənir. Vestübildə kassa zalı olan hissədə döşəmə işləri aparılır. Təmir işlərində stansiyanın memarlıq üslubu qorunub saxlanacaq".

Qurum təmsilçisi deyib ki, "Xətai" stansiyasında işlər vaxtından əvvəl başa çatdırılacaq: "Biz stansiyanın təmirinin avqust ayında başa çatacağını bildirmişdik. Amma işlər sürətləndiyindən stansiyanı iyul ayında istifadəyə verməyi planlaşdırırıq".

Trend-in ən mühüm və maraqlı xəb

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : "Xətai" stansiyası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 03:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com