Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2019
08:35
462
İsrail Qəzzanı bombalayır

Qəzza zolağından İsrailin paytaxtı Təl-Əvivə iki ədəd raket atılıb.

İsrail ordusundan verilən yazılı açıqlamada, hadisəyə dair ətraflı məlumat verilməyib. Amma rejimə yaxın media orqanları sözügedən raketlərdən birinin havadan müdafiə sistemi "Dəmir günbəz" tərəfindən vurulduğunu, digərinin isə Təl-Əviv yaxınlığındakı boş əraziyə düşdüyünü bildirilir.

FaktXəbər-in məlumatına görə, İsrail mediası raketlərin Fələstin İslami Cihad Hərəkatı tərəfindən atıldığını iddia edir. Fələstinli müqavimət təşkilatlarından isə hər hansı bir açıqlama verilməyib.

"RİA Novosti"nin yazdığına görə, İsrail rejiminin Müdafiə Ordusu hazırda Qəzza zolağına raket zərbələri endirir. Fələstinli şahidlər İsrailin həmçinin təyyarələrin də havaya qaldırıldığını bildirirlər.

Məqalədə : Qəzza Fələstin İsrail 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
181

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
102
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 01:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru