Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2019
16:46
4455
`Boinq` üzərindən dünya müharibəsi - ANALİZ

İbrahim Karagül / Türkiyəli yazar


Efiopiya Hava Yollarına məxsus "Boinq 737 8Max" tipli sərnişin təyyarəsinin qəzaya uğraması dünya aviasiya tarixində görünməmiş reaksiyaya səbəb oldu. Eyni təyyarələrin bundan əvvəl də İndoneziyada qəzaya uğraması, iki qəzada ümumilikdə 346 nəfərin ölümü, qlobal miqyasda bir növ "Boinq həyəcanı"na səbəb olub.

Onlarla ölkə bu təyyarələrin reyslərini dayandırıb, hava məkanını həmin təyyarələrə bağladı. Çin, Türkiyə, Böyük Britaniya, Almaniya, İtaliya, Avstriya, Fransa, Belçika, Malayziya, İndoneziya, Sinqapur, Hindistan, Braziliya, Argentina, Meksika, Cənubi Koreya, Cənubi Afrika, Efiopiya, Qazaxıstan kimi ölkələr bu təyyarələrə embarqo qoydu.

500 MİLYARD DOLLARLIQ SİFARİŞ VƏ NÜFUZ İTKİSİ

Belə görünür ki, bu təyyarələr yaxın zamanda bütün dünyada qadağan olunacaq. "Boinq" şirkəti istehsal səhvlərini həll etsə də, həssas etimada əsaslanan aviasiya sektorunda tənəzzülə uğrayan imicini bir daha heç vaxt düzəldə bilməyəcək. Və vaxt keçdikcə bu təyyarələrə qarşı inamsızlıq "Boinq"in bütün təyyarələrinə, istehsalatlarına də yönələcək, yönəldiləcək.

"Boinq" şirkəti yeni nəsil istehsalatlarından olan BMax8 və BMax9 təyyarələri üçün indiyə qədər 5 min sifariş alıb, bunlardan 350 dənəsini təslim edib. Qəzadan sonra bu təyyarələrin 330 dənəsi anqarlara çəkilib. Əlbəttə ki, hazırda sifarişlərin hamısının ləğv ediləcəyini proqnozlaşdırmaq mümkündür.

Şirkətin aldığı sifarişin maliyyə həcmi 500 milyard dollardır. Bütün sifarişlərin ləğv edilməsi vəziyyətində dünyanın ən böyük təyyarə şirkətinin bu ağır xərcə necə dözəcəyini indidən düşünmək lazımdır. Yalnız 500 milyard dollar deyil, şirkətin qlobal bazarlarda itirəcəyi etibarın maddi dəyərini ölçmək mümkün belə deyil.

BU, ABŞ-a YÖNƏLMİŞ İQTİSADİ MÜHARİBƏDİRMİ?

Məsələ təkcə təhlükəsizlik məsələsi ilə məhdudlaşırmı? Məsələ yalnız "Boinq" şirkətinə ziyan verməyəmi yönəlib? Məsələnin qlobal ticarət müharibələri ilə əlaqəsi varmı? Məsələ dünyanın ABŞ-a qarşı iqtisadi müharibəsinin bir parçasıdırmı?

Bu suallar o qədər əhəmiyyətlidir ki...

Şəxsən, bu ölçüdə bir reaksiyanın təkcə sözügedən təyyarələrin istehsal çatışmazlığı ilə məhdudlaşmadığını düşünürəm. Çin ilə başlayan, Asiya ölkələri ilə davam edən, daha sonra bütün Avropa ölkələrinin iştirak etdiyi, Latın Amerikası ilə davam edən embarqonun təkcə "Boinq"lə məhdud olmadığı, ABŞ iqtisadiyyatına qarşı qisas addımı olduğunu düşünürəm.

SİYASİ, GEOSİYASİ NƏTİCƏLƏRİ OLACAQ

Və əgər düşündüyüm kimidirsə, dünya hərbi sahədə deyil, mülki təyyarələr vasitəsi ilə fövqəladə bir mübarizəyə başlayır. Hər bir kommersiya müharibəsi siyasi nəticələr doğurur. Qlobal miqyasda kommersiya müharibəsi böyük geosiyasi nəticələr doğurur, sarsıdıcı güc sürüşmələrinə səbəb olur.

Dünyanın şahid olduğu iki böyük müharibənin səbəbi də bu idi. İqtisadi idi, geosiyasi nəticələr yaratdı, böyük qarşıdurmaya çevrildi, qlobal miqyasda sarsıntılara və güc sürüşmələrinə yol açdı. Buna "soyuq müharibə"ni də əlavə edə bilərik.

ABŞ-ın İQTİSADİ ŞANTAJI VƏ AĞZI YANAN ÖLKƏLƏR

ABŞ-ın dünyanın yarısından çoxuna qarşı ticarət müharibəsi apardığını, iqtisadi böhtanlar tətbiq etdiyini, bunun haradasa hərbi daşındırıcılığın da qarşısını aldığını düşünsək, bir addım sonra nə baş verəcəyini görə bilərik.

Çin və Avropa ilə (Almaniya) apardığı iqtisadi mübarizənin, onlarla ölkəyə qarşı tətbiq etdiyi iqtisadi hücumların bir müddət sonra ABŞ-ı vuracağını deyənlər var.

Mən də bu cür düşünürəm. Hesab edirəm ki, iqtisadi müharibəni universallaşdıran ABŞ bunun ən ağır nəticələri ilə şəxsən özü üzləşəcək. Belə ki, "Boinq" təyyarələrinə qarşı reaksiyanın Çin ilə başlaması, ağzı yanan ölkələrin dərhal sıraya düzülməsi bununla bağlıdır.

İQTİSADİ QULDURLUQ... DÜNYA ABŞ-ın ZƏİF NÖQTƏSİNİ TAPAN KİMİ VURACAQ

ABŞ rəhbərliyinin Avropa şirkətlərinə kəsdiyi cərimələrin, etdiyi təzyiqlərin, Çin ilə açıq ticarət müharibəsinə başlamasının, Asiya bazarlarını vurmasının, bəzi ölkələri iqtisadi şantajla özünə tabe etməyə çalışması bir növ iqtisadi quldurluğu xatırladır. Əlbəttə, bunun nəticələri də gözlənilən idi.

Bu qarşıdurma əslində 2008-ci il iqtisadi böhranı ilə başladı. Qlobal maliyyə sistemindəki münaqişələr Qərb iqtisadiyyatının böhrana sürüklənməsi ilə nəticələndi. O tarixdən bu yana dünyada açıq ticarət müharibəsi onsuz da var. Ancaq son zamanlar ABŞ bunu olduqca qorxusuz şəkildə yeritməyə başlayıb və bu, dözülməz təcavüzə çevrilib.

Dünya ABŞ-ın zəif nöqtəsini gözləyir. Kiçik bir boşluq tapan kimi qarşılıq verilməyə çalışır. "Boinq" hadisəsində olan da budur. Qlobal miqyasda ABŞ-dan, ABŞ şirkətlərindən intiqam cəhdidir bu və davam edəcək.

ABŞ-ın SİLAHI ÖZÜNƏ QAYIDIR

Dünya ABŞ-ı iqtisadiyyatla vurmaq istəyir. Onu zəiflətmək, təcavüzkarlığını azaltmaq istəyir. Amma bu mübarizənin ABŞ-ı dayandırmadığını, dayandırmayacağını, qlobal miqyasdakı ticarət müharibəsinin başqa sahələrə də sürətlə yayılacağını görəcəyik.

Məsələ yalnız "Boinq" deyil. Bu, daha böyük bir müharibənin ən isti cəbhəsidir. ABŞ-ın iqtisadiyyat silahı özünə qayıdır!

Məqalədə : 737 8Max Boinq Boeing 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1706

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1011

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2154

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2800

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
124

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
826

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4165

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
102
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 01:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru