Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2019
13:41
1884
2020-ci ildən bütün ölkədə icbari tibbi sığorta sistemi tətbiq ediləcək

Azərbaycanda icbari tibbi sığorta haqlarının vergi idarəsi tərəfindən toplanması məsələsi nəzərdən keçirilməlidir.

FaktXeber.com-un Trend-ə istinadla məlumatına görə, bunu Avropa İttifaqının tvinninq üzrə rezident müşaviri Qediminas Çerniauskas təşkilatın maliyyələşdirdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, icbari tibbi sığorta haqlarının və rəsmi azadolma məbləğlərinin tətbiqi xidmətlər zərfi ilə sinxronlaşdırılmalıdır.

Aİ rəsmisi tövsiyə edir ki, orta müddətdə səhiyyə sektorunun maliyyələşdirilməsində dövlət mənbələri üstünlük təşkil etməlidir: "Bahalı tibb texnologiyaları icbari tibbi sığorta tərəfindən qarşılanmalı və tibbi ehtiyacı olan əhali üçün əlçatan olmalıdır. Səhiyyədə dövlət maliyyəsinin payı artmalıdır. Tibbi xidmətlərin keyfiyyətinin artması orta və uzunmüddətli dövrdə əsas amil olmalıdır".

Q.Çerniauskas bildirib ki, 2020-ci ildən bütün Azərbaycan ərazisində icbari tibbi sığorta sistemi tətbiq ediləcək: "İcbari tibbi sığorta sisteminin tətbiqi ilə əhalinin tibbi ehtiyacları daha çox qarşılanacaq, qanunsuz ödənişlər aradan qaldırılacaq, tibb işçiləri qanuni şəkildə əldə edilmiş münasib gəlirlə təmin ediləcək".

Aİ müşaviri 2020-2023-cü illərdə icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə Azərbaycanın əldə edə biləcəyi nəticələri də açıqlayıb.

Onun sözlərinə görə, qeyd edilən müddətdə həkimə müraciətlərlə ölçülən səhiyyə xidmətlərinə əlçatanlıq və xəstəxanalara qəbul Avropanın qabaqcıl ölkələrinin səviyyəsində olacaq: "Məhsuldarlıq artsa, Azərbaycan lazımi tibbi xidməti göstərmək üçün bütün imkanlara malikdir. Məhsuldarlıq (xəstəxanada orta yatma müddəti, həkimə müraciət, doluluq dərəcələri) Aİ üzv dövlətləri səviyyəsinə çatmalı və ya ona yaxın olmalıdır. Azərbaycan keyfiyyətin artırılması, köməkçi xidmətlərlə (qeydiyyat, qidalanma) bağlı böyük imkana malikdir. Əhalinin yüksək etimad səviyyəsinə nail olmaq tibbi xidmətə əlçatanlıq və onun keyfiyyətin davamlı artırılmasının təmin edilməsi ilə mümkündür".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
0

Sabahın hava proqnozu açıqlanıb

23

Oktyabr
12:36
ÖLKƏ
131

BDU-da əməkhaqları artırıldı

23

Oktyabr
11:34
ELM / TƏHSİL
135

Bakıda "ağ ölüm" yayan narkotacir saxlanılıb

23

Oktyabr
11:12
HÜQUQ,HADİSƏ
100

Dünən yol qəzalarında 4 nəfər ölüb

23

Oktyabr
10:59
HÜQUQ,HADİSƏ
31

Akif Əlizadə AMEA-dan getdi - YENİLƏNİB

23

Oktyabr
10:24
ELM / TƏHSİL
183
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 12:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru