Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2019
11:19
1638
Əli Məsimli: `Görülməsi vacib olan işlər çoxdur`

“Əhalinin güzəranının yaxşılaşdırılması üçün zəruri hesab etdiyim məsələlər barədə fikirlərimi 15 mart iclasında bildirəcəyəm”

“Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatını oxumuşam və bəzi təhlillər aparmışam. Ümumiyyətlə, əvvəlki illərlə müqayisəli yanaşanda hesabatı müsbət qiymətləndirirəm”.

Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bunları 15 mart plenar iclasında hökumətin hesabatının müzakirəsi ilə bağlı danışarkən bildirdi. O qeyd etdi ki, Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə “Cümhuriyyət ili” kimi qeyd etdiyimiz 2018-ci il ölkəmizin iqtisadi həyatında da özündən əvvəlki illərlə müqayisədə müsbət məqamları daha çox olan bir il kimi səciyyələndirilə bilər: “Prezident seçkilərindən sonra ölkədə islahatlar genişləndirildi və bu ötən ilin iqtisadi və sosial nəticələrinə müsbət təsir etdi. 2016-cı ildəki 3 faizlik enmə və 2017-ci ildəki 0,2 faizlik artımdan sonra 2018-ci ildə 1,4 faizlik iqtisadi artım baş verdi. İnflyasiya ikirəqəmli səviyyədən 2,3 faizə endi. Xarici ticarət balansında 8 milyard dollar və tədiyyə balansının cari əməliyyatlar hesabında 5 milyard dollardan artıq müsbət saldo yarandı. Bu, strateji valyuta ehtiyatlarının artmasında və manatın məzənnəsinin sabit qalmasında mühüm rol oynadı”. Ə.Məsimli daha sonra bunları bildirdi: “Keçən il Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsi də işə düşdü və artıq fəaliyyətdədir. Ölkəmizin nəqliyyat mərkəzinə çevrilməsində önəmli rol oynayan Ələt Beynəlxalq Dəniz Ticarət Limanı öz işinə başlayıb. Bunları xatırlatmaqla demək olar ki, 2018-ci ildə həqiqətən xeyli iş görülüb”. Deputat dedi ki, baş nazir Novruz Məmmədovun təqdim edəcəyi hesabata səs verəcək: “Amma görülməsi vacib olan işlər də çoxdur. Ona görə də hesabatda nələrin olmasını istəməyim, eləcə də iqtisadi artımın sürətləndirilməsi, maliyyə-bank sisteminin islahatları və əhalinin güzəranının yaxşılaşdırılması üçün zəruri hesab etdiyim məsələlər barədə fikirlərimi, inşallah, Milli Məclisin martın 15-də keçiriləcək iclasında bildirəcəyəm”. ("Yeni Müsavat")

Məqalədə : Əli Məsimli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1278

Sabah yağış yağacaq

20

May
13:41
ÖLKƏ
113

AFFA üç oyunçunu 1 illik diksvalifikasiya edib

20

May
13:37
BÖLMƏNİ DÜZ SEÇ!
63
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 18:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru