Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2019
09:20
Nazirlər Kabineti `Sovetski`dəki evlərlə bağlı təklifə münasibət bildirdi

Nazirlər Kabineti (NK) "Sovetski" deyilən ərazidə qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan evlərin sakinlərinə verilən kompensasiyanın məbləğinin artırılması ilə bağlı təklifə münasibət bildirib.

FaktXəbər-in məlumatına görə, NK açıqlayıb ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələri arasındakı ərazidə 880, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyekti satın alınır. Bu obyektlərin satın alınmasının məqsədi Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsidir.

NK qeyd edib ki, müstəqil qiymətləndirmə ekspertlərinin rəyinə əsasən, əlavələr də nəzərə alınmaqla, mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd 1500,00 manat təklif edilir. Digər sahələr üzrə isə 1 kvadrat metr üçün onların konsturuksiyasından və təmir səviyyəsindən asılı olaraq, 300-1200 manat arasında qiymət təklif edilir.

Satınalma "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna uyğun həyata keçirilir.

Qeyd edək ki, NK-ya "Sovetski" deyilən ərazidə qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan evlərin sakinlərinə verilən kompensasiyanın məbləğinin manatın inflyasiyası nəzərə alınmaqla, hər kvadrat metrə görə 2000 manata çatdırmaq, yaxud onların sahiblərinə pul əvəzinə yeni tikilən binalarda hazır mənzil verilməsi təklif edilib.

Məqalədə : sovetski 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43331

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41593

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43265

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42712

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48244

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42778

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43219
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 07:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru