Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2019
10:56
Körpələrə bu adların qoyulmasının qarşısı alınıb

“Fevral ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 28 müraciətə baxılıb”.

Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

O bildirib ki, həmin müraciətlərin 8-nə müsbət cavab verilib. Digər müraciətlərdə qeyd olunan adların qoyulması tövsiyə edilməyib və cavab müsbət olmayıb. Eyni zamanda valideynlərin övladlarına qondarma ad qoymaq cəhdlərinin qarşısı alınıb: “Valideynlər tərəfindən övladlarına Jekad, Dina, İmeda, Mənsə, Süri, Lavin, Cüha, Elyamel, Milan, Milanse, Lenat, Cümeyli, İmara, Casim, Miner adlarının qoyulması qadağan edilib. Müraciət edən şəxslər yeni doğulan uşaqlara fərqli ad qoymaq istədiklərini bildirirlər. Hətta bu adları özlərinin yaratdığını deyirlər. Halbuki bunlar qondarma adlardır”.

Bundan başqa, Komissiyaya yeni doğulan körpəyə Adelina adının qoyulması ilə bağlı müraciət daxil olub. "Hazırda Adelina adı ilə bağlı araşdırma aparırıq. Çünki bu, Adilə adı ilə oxşarlıq təşkil edir. Ola bilsin ki, eyni kökə malik olsunlar. Müraciətlər zamanı qeydə alınan Doğru adına isə müsbət cavab verilib və bu adın uşaqlara qoyulması tövsiyə olunub”, - deyə Sayalı Sadıova əlavə edib.(report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
65

Bakıda ana və qızı qətlə yetirildi

14

Dekabr
11:00
HÜQUQ,HADİSƏ
251

İlyas İsmayılov oğlunun qatili ilə üzləşdi

14

Dekabr
10:56
HÜQUQ,HADİSƏ
840

Bakıda ana və qızı qətlə yetirilib

14

Dekabr
10:44
HÜQUQ,HADİSƏ
290

Azərbaycan neftinin qiyməti 70 dolları keçdi

13

Dekabr
23:23
İQTİSADİYYAT
248

Daşkəsəndə 38 yaşlı şəxs özünü yandırdı

13

Dekabr
21:37
HÜQUQ,HADİSƏ
289
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2019 13:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru