Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2019
10:11
1688
Azərbaycanda donorlara güzəşt tətbiq ediləcək

Azərbaycanda donorluqla əlaqədar əməkə qabiliyyətini müvəqqəti itirən şəxs əmək haqqının 100 faizi (tam) məbləğində müavinət alacaq. Bu, yeni hazırlanan“İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd olunub.

Qanunun layihəsinin 20-ci (canlı donorun hüquq və vəzifələri) maddəsinə əsasən, canlı donorun tibb müəssisəsindən tibbi əməliyyatla bağlı, o cümlədən, baş verə biləcək ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq, bu əməliyyatla bağlı dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada müalicə və reablitasiya olunmaq, o cümlədən dərman vasitələri ilə təmin olunmaq, istənilən an öz donor orqanını verməkdən imtina etmək, daimi dispanser müşahidəsində olmaq, özünə orqan köçürülməsinə ehtiyac yaranarsa, donor orqanı ilə növbədənkənar təmin olunmaq, donorluqla əlaqədar əmək qabiliyyətini müvəqqəti itirdikdə əmək haqqının 100 faizi (tam) məbləğində müavinət almaq, donorluqla əlaqədar əlil olarsa, əmək stajından və pensiya kapitalının məbləğindən asılı olmayaraq pensiya almaq hüququ əldə etmək hüquqları var.

Orqanların köçürülməsinə razılıq verən donor özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verməlidir.

Məqalədə : donor 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti kəskin bahalaşıb

12

Oktyabr
12:30
İQTİSADİYYAT
524

Nazirlik narazılığını bildirdi

11

Oktyabr
15:38
ÖLKƏ
691
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 00:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru