Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2019
12:20
1619
Dünya Səhiyyə Təşkilatı qriplə mübarizədə yeni strategiya hazırlayıb

Hər il 1 milyarda yaxın insan qripə yoluxur. 3-5 milyon insanda bu xəstəlik ağır formada keçir. Hazırda Dünya Səhiyyə Təşkilatında (DST) qripi qlobal miqyaslı pandemiyanın real təhlükəsi adlandırıb, bu təhlükəli virusun profilaktikası və müalicəsi üçün yeni strategiya təqdim ediblər.

Yeni strategiya 2030-cu ilədək olan dövr üçün nəzərdə tutulub.

DST-nin baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, bu gün məsələ qrip pandemiyasının olacağında deyil, onun məhz nə vaxt başlamasındadır.

“Qrip pandemiyası təhlükəsi daim mövcud olub. Həmçinin virusun heyvandan insana keçməsi riski də mövcuddur. Fikrimcə, pandemiya təhlükəsi tamamilə real ola bilər”, - deyə DST başçısı bildirib.

Hər il qrip səbəbindən 290 mindən 650 min nəfərədək insan həyatla vidalaşır. Qloballaşma, urbanizasiya və əhalinin kütləvi şəkildə yerini dəyişməsi nəticədə növbəti pandemiyanın daha sürətlə yayılmasına gətirib çıxara bilər.

11 illik strategiya təsiredici milli proqramları işlənib hazırlanmasını nəzərdə tutur və üç məqsədə nail olmağa yönəldilib: mövsümi qrip hallarının sayının azaldılması, virusun heyvandan insana ötürülməsi təhlükəsinin minimallaşdırılması və ehtimal olunan pandemiyanın nəticələrinin yüngülləşdirilməsi.

DST-də Madaqaskarda 2002-ci ildə qrip virusunun yayılmasını xatırladıblar. O zaman xəstəliyə yoluxanların 2,5 faizi ölmüşdü. Buna qədər qripin ən təhlükəli pandemiyası 1918-1919-cu illərdə baş verib.

DST başçısı qriplə mübarizədə sayıqlıq göstərilməsinə və lazımi vəsaitin ayrılmasına çağırıb. Axı epidemiyanın nəticələri bundan da baha başa gələ bilər.

Yeni Strategiyanın həyata keçirilməsi üçün hər il təqribən 4,5 milyard dollar lazımdır. Bu, orta ağırlıqda pandemiyanın baş verməsi zamanı cavab tədbirlərinin görülməsi üçün zəruri olan maliyyələşdirilmənin 1 faizindən də az məbləğdir.

“Ciddi pandemiya bütün dünyada milyonlarca ölümə, buna məruz qalan ölkələr və icmalar irimiqyaslı sosial və iqtisadi nəticələrə, o cümlədən məhsuldarlığın azalması və böyük iqtisadi xərclərə gətirib çıxara bilər”, - deyə DST-də xəbərdar ediblər. Təşkilatın ekspertləri xatırladırlar ki, peyvəndlənmə qriplə mübarizədə ən təsiredici alətdir.(Azertac)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
216

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
122

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
202

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
139

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
150

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
137

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
156
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 21:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru