Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Mart

2019
10:41
Azərbaycanda heyvanların identifikasiya sistemi yaradılır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində heyvanların identifikasiya sisteminin yaradılmasını planlaşdırır.

Qida təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malik olan heyvanların identifikasiyası sistemi hər bir heyvan fərdinin və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsinə imkan yaradacaq. 

Yəni identifikasiya sistemi istehlakçının istifadə etdiyi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, neçə nömrəli heyvanın ətindən və ya südündən hazırlanması, hansı istehsal müəssisəsində emal olunması, həmin heyvanın indiyədək hansı xəstəlikləri keçirməsi, hansı xəstəliklərə qarşı və nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından nə zaman istifadə olunması və s. məlumatları özündə birləşdirən informasiya sistemidir.

Heyvanlar arasında rast gəlinən qarayara xəstəliyinə qarşı peyvənd edilmiş heyvanın məhsullarından ən azı iki həftə istifadə etmək olmaz, əks halda bu məhsulları qəbul etmiş insan eyni xəstəliyə yoluxar və ya sağlamlığında digər fəsadlar baş verə bilər. Oxşar tələblər respublikada geniş şəkildə peyvəndləmə aparılan brusellyoz, çiçək və digər xəstəliklərə də şamil edilir. 

Həmçinin müalicə və profilaktika məqsədi ilə baytarlıq preparatları tətbiq edildikdə də onların heyvan orqanizmindən xaric olma müddətindən asılı olaraq məhsullardan istifadə üçün müəyyən gözləmə dövrü təyin edilir. Qeyd olunan proseslərin idarə olunması üçün bugünədək identifikasiya sistemindən istifadə olunmaması ölkə daxilində qida məhsullarının təhlükəsizliyinə və istehsal edilən məhsulların ixrac edilməsinə ciddi maneələr yaradır.

Tətbiq olunacaq yeni sistem heyvanların həyatı boyu genetik xətt üzrə izlənməsi, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, xəstəliklərə qarşı baytarlıq tədbirlərinin icra edilməsinə imkan yaradacaq, ölkəmizin müasir qida təhlükəsizliyi standartlarına inteqrasiyasını sürətləndirəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42938

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41257

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42801

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42316

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47813

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42264

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42633
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2020 20:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru