Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2019
14:05
Sabaha gözlənilən hava şəraiti açqılanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açqılanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 8-12, Bakıda gecə 4-6, gündüz 9-11 də isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağış, axşam dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 7-də Abşeron yarımadasında mülayim gilavar küləyinin günün ikinci yarısında arabir güclənən xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Məqalədə : hava şəraiti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
250

Sabah Bakıda 32 dərəcə isti olacaq

02

İyun
13:08
ÖLKƏ
202

Yerə daha bir asteroid yaxınlaşır

02

İyun
10:42
DÜNYA
206

Bu ay 10 gün qeyri-iş günü var

02

İyun
10:33
ÖLKƏ
377

Nyu Yorkda talan başlayıb

02

İyun
10:23
DÜNYA
620

Streslə mübarizə aparmaq üçün 10 təsirli qida

02

İyun
09:59
AİLƏ, SAĞLAMLIQ
536

Xarici valyutaların manata qarşı məzənnələri

02

İyun
09:44
İQTİSADİYYAT
265
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 14:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru