Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2019
12:39
450
Yanan yataqxananın sakinləri köçürülmələrini tələb edirlər

Xəbər verdiyimiz kimi, bu gecə Azərbaycan İncəsənət Universitetinin balansında olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları binada güclü yanğın baş verib. Yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib, 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu isə həlak olub, daha 42 nəfər bina sakini təxliyə olunub. 

Hazırda binada məskunlaşan məcburi köçkünlər yataqxanadan köçürülmələrini tələb edirlər. Hələ ki, rəsmi şəxslərdən kimsə əraziyə gəlməyib. Sakinlərin sözlərinə görə bina elektrik xətlərindəki qısa qapanma səbəbindən yanıb. 3-cü mərtəbədə başlayan yanğının qarşısı alındığı üçün bina tam olaraq yararsız hala düşməyib.

Ümumilikdə 30-a yaxın ev zərər çəkib. Hadisə axşam saatlarında baş verdiyi üçün sakinlər yatmış vəziyyətdə olublar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələnə qədər sakinlərin bəziləri yataq örtüyünü bir-birinə bağlayaraq, pəncərədən düşüblər. Uşaqları da bu yolla çıxarıblar. Rəhmətə gedən sakinlərin ölüm səbəbi tüstüdən boğulma olub.

Hadisə yerinə Qaçqın və Məcburi Köçkünlərlə işi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və baş nazirin müavini Əli Əhmədovun gəlməsi gözlənilir.

Hazırda binanın qarşısında vəfat edənlərin yas çadırları qurulur.

Sakinlər birmənalı şəkildə binaya qayıtmaq istəmədiklərini söyləyirlər:"Yataqxana çox pis gündədir, onun təmir olunması belə mümkünsüzdür. Biz yenidən o binaya qayıtmaq istəmirik. Heç olmazsa binanın qarşısında bizə müvəqqəti çadırlar qurulsun ki, orda qalaq. Yanğından sonra binanın qazı, işığı, suyu yoxdur. Qışın günündə çöldə qalmışıq”, - deyə sakinlər söyləyiblər. 

Binada məskunlaşanlar Ağdam, Füzuli, Şuşa, Laçın sakinləridir.

Onu da qeyd edək ki, bina qazla təchiz olunmayıb.

Hazırda binada "Azərişıq" ASC-nin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışırlar.(musavat)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
204

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
934

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
152

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
302

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
175

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
227
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 02:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru