Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2019
11:45
667
Ekspertdən problemli kreditlərdə kompensasiya mexanizmi ilə əlaqədar TƏKLİFLƏR

Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bank ilə birlikdə xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri martın 15-dək təsdiq etməlidir. FaktXeber.com-un məlumatına görə, iqtisadçı alim Vüqar Bayramov problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər üçün kompensasiya mexanizmi ilə bağlı son günlər ona ünvanlanan müraciətləri nəzərə alaraq bir sıra təkliflər irəli sürüb. Həmin təklifləri təqdim edirik: 

10 min dollar qalıq məbləği

differensial olaraq müəyyənləşdirilsin.

Yəni, əgər vətəndaşımız 20 min dollar kredit alıbsa və devalvasiya zamanı onun əsas məbləğ üzrə kredit qalığı 14 min dollar olubsa o zaman kompensasiya mexanizmi həmin məbləğin 10 min dollarına hesablansın. Bu halda formula belə olsun; 14 min dollarlıq kredit üzrə kompensasiya hesablanan məbləğ 10 min dollar, kompensasiyaya düşməyən hissə 4 min dollar. Bu qayda tətbiq olunarsa o zaman devalvasiya zamanı qalıq məbləği 10 min dollardan çox olanlar da kompensasiyadan yararlana biləcəklər.

Əsas məbləğ üzrə qalıq məbləği 10500-dək olan bütün kreditlər

yuvarlaq olaraq 10 min dollarlıq qalıq məbləği kimi qəbul olunsun

və kompensasiya tətbiq olunsun.

Məsələn, vətəndaşımız 20 min dollar kredit götürüb və onun əsas məbləğ üzrə qalıq məbləği devalvasiya zamanı 10100 dollar olub, yəni 10 mindən cəmi 100 dollar çox, və belə kreditlərə də kompensasiya hesablanıb ödənilsin. Zəruri qeyd: əgər birinci təklif qəbul olunarsa o zaman ikinci təklifin ayrıca qəbuluna ehtiyac qalmır.

Manat kreditinə güzəşt hesablana zaman kredit müqavilələri üzrə əsas məbləğin

və (və ya) faiz borclarının ödənilməsində 360 gündən çox

gecikdirilmiş borclar əsas götürüləcək.

Daha məqsədə uyğun olardı ki, qaydalar hazırlayan zaman güzəşt son 1 ildə problemli kredit kimi rəsmilləşən qalıq məbləği nəzərə alınmaqla bütün kreditlərə şamil olunsun. Yəni, vətəndaşımız 15 min manat kredit götürüb, onun krediti 1 il öncədən daha əvvəl problemli kredit kimi rəsmilləşib və o 1 il ərzində müəyyən ödənişlər də edib və həmin şəxs də güzəştdən faydalansın.

Manatla kreditlərdə əsas qalıq məbləği müəyyənləşən zaman da

differensial metodun tətbiq olunması məqsədəuyğundur.

Yəni, əsas məbləğ üzrə qalıq 30 min manat olan problemli manat kreditinin 17 min manatına güzəştlərin tətbiqi həyata keçirilsin.

Məbləği böyük olmayan xarici valyutada olan lizinq kreditlərinə də kompensasiyanın tətbiqi imkanlarına baxılması məqsədə uyğun olardı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
506

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
344

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
209

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
169

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
167

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
292

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
356
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 00:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru