Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2019
16:00
AzTV-də kadr islahatları davam edir

AzTV-nin yeni rəhbərliyi kadr islahatlarını davam etdirir. Bu dəfə işdən çıxarılanlar arasında QSC sədrinin köməkçisi Fərman Orucov və Kadrlar və Xüsusi işlər İdarəsinin rəisi Mənsur Bayramovun da adı var.

Xatirə Qasımova isə telekanalın Mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilərək eyni qurumun nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasına göndərilib. Eyni zamanda, telekanalın Şahin İbrahimov və Tural Həmidzadə adlı əməkdaşları da tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Belə ki, Şahin İbrahimov Arif Alışanovun rəhbərliyi dövründə adıçəkilən televiziyada çəkilişlərdən kanala daxil olan qeyri-leqal pulları yığmaqla məşğul olduğu üçün o, “kassir Şahin” kimi tanınıb. Daha sonra keçmiş rəhbərlik eyni missiyanı yerinə yetirməsi üçün onu İTV-yə göndərib. Lakin Balakişi Qasımovun İTV-in direktoru təyin edilməsindən az sonra AzTV-nin köhnə rəhbərliyinin təyin etdiyi bir sıra kadrlar, o cümlədən Şahin İbrahimov yenə eyni əməl və məlum missiyası ilə gündəmə gəlib.

Daha sonra Şahin İbrahimov yenidən AzTV-nin köhnə rəhbərliyi tərəfindən ora gətirilsə də, yeni rəhbərliyin qərarı ilə Şahin işdən uzaqlaşdırılıb. Digər uzaqlaşdırılan Tural Həmidzadə isə İdman-Azərbaycan kanalında çalışırmış.Qeyd edək ki, Aztv-də kadr islahatları davam edir, studiyalar yenidən qurulur, yaradıcı şəxslərə mühüm önəm verilir, canlı veriliş tok-şouların sayı artırılır. Bundan başqa, televiziya filmləri və tamaşalarının illik planı da artıq təsdiqlənib.(qafqazinfo)

Məqalədə : AzTV 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
240

Sabah Bakıda 32 dərəcə isti olacaq

02

İyun
13:08
ÖLKƏ
151

Yerə daha bir asteroid yaxınlaşır

02

İyun
10:42
DÜNYA
206

Bu ay 10 gün qeyri-iş günü var

02

İyun
10:33
ÖLKƏ
367

Nyu Yorkda talan başlayıb

02

İyun
10:23
DÜNYA
615

Streslə mübarizə aparmaq üçün 10 təsirli qida

02

İyun
09:59
AİLƏ, SAĞLAMLIQ
531

Xarici valyutaların manata qarşı məzənnələri

02

İyun
09:44
İQTİSADİYYAT
265

Neft yenidən bahalaşıb

02

İyun
09:30
İQTİSADİYYAT
311
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 14:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru