Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2019
11:59
606
`Bakıda kanalizasiya sisteminin qurulması üçün 16 milyard avro pul lazımdır`

Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinin ətraf ərazilərində yaşayan sakinlər yağış, kanalizasiya sularının yaratdığı gölməçələrin əhatəsində qalıb.

Bu barədə məlumat verən sakinlərin sözlərinə görə, yağış yağandan sonra vəziyyətləri daha da acınacaqlıdır:

“Uşaqlarımız məktəbə, özümüz işə gedib-gələ bilmirik. Küçələr suyun içərisində idi. Yağış yağandan sonra həyətlərimizi də su basıb. Yerə mişar daşı qoyub, onun üzərində hərəkət edirik. Hava qızandan sonra isə ərazidə həşəratların əlindən tərpənmək olmur. Yay aylarında buradan üfunət qoxusu gəlir. Səbəb də odur ki, ərazidə kanalizasiya sistemi mövcud deyil. Məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsək də, nəticə yoxdur. Evlərimizin altı su olduğu üçün divarlarda problemlər yaranıb. Evin içərisi nəmişlikdir, bünövrəsi isə ovulub gedir. Xahiş edirik ki, bizə yardım edilsin”.

Yada salaq ki, ötən həftə ərazidə yaşayan sakinlər küçəyə çıxaraq, aksiya keçirmişdilər. Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilmişdi ki, sakinlərin problemləri dinlənilib, müvafiq tədbirlər görüləcək.

Mütəxəssislər isə bildirirlər ki, Ramana ərazisində yaranan vəziyyətin qarşısını qısa müddət ərzində almaq mümkün deyil. Bunun üçün ciddi işlər görülməlidir.

Ekspert Əzim Məsimov mövzu ilə bağlı aşağıdakıları bildirdi:

“Ərazidə mən də olmuşam və çox acınacaqlı vəziyyətin  hökm sürdüyünü öz gözlərimlə görmüşəm. Əvvəllər həmin ərazilər əkin sahələri idi. İndi isə bu yerlərin hamısı su altında qalıb. Maştağa yolunun sağı da, solu da suyun içərisindədir. Orada sakinlərdən biri ilə söhbətim zamanı o mənə bildirdi ki, vaxtilə həyətimizdə quyu qazırdıq, 127-ci metrdə suya çıxdıq. Sakin bildirdi ki, hazırda su quyunun üç metrinə qədər qalxıb. Bütün bunun səbəbi ərazidə kanalizasiya sisteminin olmamasıdır. Mircəfər Bağırovun dövründə  icazə verilməyib ki, həmin əraziyə su çəkilsin. Deyiblər ki, kanalizasiya sistemi çəkilməyən əraziyə su vermək olmaz. İndi də bütün Abşerona su xətti çəkiblər, ancaq kanalizasiya sistemi mövcud deyil. Eyni hal Ramanada da müşahidə olunur.

Bu, ən böyük fəlakətdir. Min hektarlıq sahə su altında qalıb. İndi də Abşeron kanalında rekonstruksiya işləri görülür, betonlar qoyulur. Oradan da su gətiriləcək. Belə olarsa, vəziyyət daha da gərginləşəcək. Məsələ olduqca aktualdır və çox faciəvi bir haldır. Ərazinin sahibi yerli orqanlardır. Bir zamanlar ərazilərin hamısı Bakı Şəhər İcra Hakimiyyətinə tabe idi. Sonradan hamısı müstəqil rayon oldu və haranı gəldi, satmağa başladılar. Kim necə istəyirsə, elə də ev tikib, su çəkdirir. Əraziyə su dolduğu üçün bu cür vəziyyət yaranıb. Hesab edirəm ki, yaxın zamanlarda bu problemin həlli mümkün deyil. Mənə verilən məlumata görə, Bakıda kanalizasiya sisteminin qurulması üçün 16 milyard avro pul lazımdır. Bunu da indi başlasalar, 20 ilə çəkib qurtararlar. Çünki kanalizasiya sistemini qurmaq asan məsələ deyil. Bakıya sutkada 1 milyon yarım kubmetrdən çox su gəlir. Onun isə 3-də biri təmizlənmə stansiyasına gedir. Qalanı Abşerona axır. Ona görə də Abşeronda ildən-ilə suyun səviyyəsi qalxır. Suyun səviyyəsi qalxdıqca da camaatın həyətini su basır. Bir qədər də yağış yağanda vəziyyət daha da acınacaqlı olur”.("Yeni Müsavat")

Məqalədə : Kanalizasiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
164

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
247

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
205

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
152

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
171

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
132
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 16:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru