Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Mart

2019
16:46
İranın Azərbaycandakı səfirliyi plakat və səsləndirilən şüarları pislədi

İranın Azərbaycandakı səfirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı Tehranda yaşayan bir qrup erməninin Ararat klubunda baş tutan görüşdə asdıqları plakatı və səsləndirilən şüarları özbaşına atılan addım, qəbuledilməz hal kimi qiymətləndirir və bunu pisləyirik.

FaktXəbər bildirir ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda bildirilib. 

"İran İslam Respublikasının Azərbaycandakı səfirliyi bəyan edir ki, İran İslam Respublikasının dövlət rəsmiləri Ermənistanın baş naziri ilə Tehranda yaşayan bir qrup erməninin Ararat klubunda baş tutmuş özəl görüşünə heç bir müdaxilə etməmiş, bu görüşdə asılmış plakat və səsləndirilmiş şüarları özbaşına atılmış və qəbuledilməz bir addım kimi qiymətləndirir və bunu pisləyir", - deyə bildirilib.  

Qeyd olunub ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk və çətin günlərində həmişə Azərbaycan dövləti və millətinin yanında olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləmiş və bu siyasətini dəyişməyəcək. 

"Həmçinin düşünürük ki, Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaq. İran İslam Respublikasının Azərbaycan Respublikası ilə dostluğu və qardaşlığı əbədidir və heç bir təxribat iki xalqın iradəsinə xələl yetirə bilməz", - bəyanatda qeyd olunub. 

Məqalədə : İran səfirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6023

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4929

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6491

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6527

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
8776

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6216
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-07-2020 06:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru