Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Mart

2019
13:01
2296
Vərəm mikrobunu tapan alim - ABBAS VASİM

V məqalə (IV məqalə)

Abbas Vasim Osmanlı İmperiyası dövründə XVII əsrdə yetişən həkim, xəttat və astronomiya alimlərindəndir. "Donqar Vasim" və "Dərviş Abbas Təbib" adları ilə də tanınan Abbas Vasimin tam dəqiq olmasa da, 1689-cu ildə Bursada dünyaya gəldiyi bildirilir. 1720-ci illərinə qədərki gənclik dövründə özü kimi dövrünün tanınmış həkimlərindən olan Bursa Əli Munşi və Ömər Şifaidən tibb, Yunanıstanın Yanya şəhərindən olan Əsəddən fəlsəfə dərsləri alıb.

Digər tərəfdən isə İstanbulda yaşayan Qərb həkimləri ilə münasibət qurub, Latınca və Fransızca öyrənib, hətta İtalyan dilində olan bəzi təbabət mətnlərini türk dilinə tərcümə etdirərək, Avropadakı inkişaflardan da xəbərdar olub. Təhsil məqsədilə Hicaz, Şam və Misirə gedib. Bir çox elmi araşdırmalarla tibb sahəsindəki məlumatlarını artırıb. İstanbula qayıdaraq Sultan Səlim məscidi ətrafında aptek və klinika açıb. İstanbulda 40 il həkimlik edib, insanlara xidmət göstərib.

Abbas Vasimin vərəm haqqında ən son kəşflərə yaxın tədqiqat və araşdırmaları var. Tibbi yaxşı bilmək üçün fizika, mexanika və təcrübi kimyanı bilməyin vacib olduğunu müdafiə edib. Bu barədə "Tibbi cədidi kimyəvi" adlı əsər yazıb.

Öz adını daşıyan vərəm basilini tapdığı üçün 1905-ci ildə Nobel Tibb Mükafatını alan Robert Kox haqqında öyrənmək istəyənlər Qərb mənbələrinə müraciət edəndə belə bir məlumatla qarşılaşırlar: 1843-cü ildə Klausthalda dünyaya gələn Kox, Göttingen Universitetində tibb təhsili alıb, 840-cı ildə "yoluxucu xəstəliklərə canlı mikroorqanizmlərin səbəb olduğu" fikrini ortaya atan Friedrik Qustav Henle başda olmaqla Kasimir-Josef Davaine və Lui Pasteurdan ruhlanaraq tədqiqatlar aparıb.

Yenə həmin mənbələr Henlenin ortaya atdığı bu nəzəriyyəni ilk olaraq 1478-ci ildə dünyaya gəlmiş (yəni İslam alimi Ağşəmsəddinin vəfatından 19 il sonra anadan olub - red.) olan Girolamo Frakastoro tərəfindən ortaya atıldığını yazırlar. Frakastoronu bu barədə elmi izah verən ilk alim kimi qəbul edirlər. Ağşəmsəddinin bu mövzuda yazdıqlarından və Robert Koxdan 150 il əvvəl, "vərəmə ağciyərdə yerləşən bir mikrob səbəb olur", - deyə yazan "Donqar Vasim" ləqəbi ilə tanınmış Vasim Abbas ibn Əbdürrəhman ibn Abdullahdan isə söhbət belə getmir.

Adnan Adıvar, "Osmanlı türklərində elm" adlı əsərində, "Vasim Abbas, dizenteriyanın yoluxucu olduğunu və mikrobunu açıqlamışdı. Bu bağırsaq xəstəliyinin bəzi müalicə üsullarını bildirmişdi. Ağciyərdə yerləşən bir mikrob vasitəsilə vərəmin yarandığını açıqlamışdı", - deyə yazır.

Bildirilir ki, Donqar Vasimin vərəm haqqındakı məlumatlarına XX əsrin əvvəllərinə qədər tibb elmi hər hansı bir əlavə etməyib.

Aqil Mehdi

Məqalədə : islam alimləri Abbas Vasim 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
218

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
124

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
205

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
142

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
152

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
139

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
158
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 21:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru