Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Mart

2019
12:16
2519
Üç aylıq körpə üzərində ürək əməliyyatı aparılıb

Üç aylıq körpə üzərində aparılan ürək əməliyyatı onu yenidən həyata qaytarıb.

Anası bir həftə əvvəl doğulmuş Ramiqi Bərdə rayonunda kardioloqa aparıb müayinə etdirəndə körpəyə ağır anadangəlmə ürək qüsuru diaqnozu qoyublar. Uşağı Bakıya gətirərək müxtəlif xəstəxanalara üz tutublar. Həkimlər körpənin iyirmi gün ərzində təcili əməliyyat edilməsini, lakin onun yaşamaq ümidinin çox az olduğunu bildiriblər. Böyük arteriyaların transpozisiyası diaqnozu ilə doğulanların bədənə gedən damar sağ mədəcikdən, ağciyərlərə gedən damar isə sol mədəcikdən çıxır və bunun nəticəsində paralel qan dövranı yaranır. Həkimlər onun əməliyyat edilməsini məsləhət görüblər.

Mərkəzi Gömrük hospitalının ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərlik etdiyi həkimlər briqadası həmin əməliyyatı aparmağı öz üzərinə götürüb. Altı saat davam edən ağır əməliyyatdan sonra xəstə reanimasiyada 20 gün süni tənəffüs aparatına qoşularaq yaşayıb. Cərrahların, eləcə də neonatoloq və reanimotoloqların birgə səyi ilə körpə yenidən həyata qaytarılıb.

Üç ayı yenicə tamam olmuş Ramiq Əlizadə əməliyyatdan sonra normal vəziyyətdə ailə üzvlərinə qovuşub./AzərTac

Məqalədə : ürək 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
183

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
284

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
224

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
169

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
187

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
145
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 21:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru