Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2019
12:43
Dollar kreditlərinə görə kompensasiya kart hesablarına köçürüləcək

Prezident İlham Əliyevin ötən gün imzaladığı, "Fiziki şəxslərin problemli kreditlərinin həll edilməsi ilə əlavə tədbirlər haqqında" fərmana uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Mərkəzi Bankı və banklar birlikdə hər bir vətəndaşın yeni qaydada kredit öhdəliyini və yaxud ona ödənilməli olan kompensasiyanın məbləğini hesablayacaq. 

Bu barədə Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-də çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əldə olunan məlumatlar fərdi qaydada vətəndaşlara çatdırılacaq. Bundan sonra borcluların bir qismi banklara dəvət olunacaq. 

“Vətəndaşlar bir halda banka dəvət olunacaq. Əgər onların kredit qalığı qalırsa, daha uzun müddətə və illik 1%-lə yeni kreditlə əvəzlənəcək. Banklara ödəniş etmiş vətəndaşlar isə rahat olsunlar. Onların vəsaitləri kredit kartı hesablarına köçürüləcək. Sərəncamla ayrılan vəsait kredit məbləği 10 min dollar və yaxud 17 min manata qədər olan və ödəniş müddəti 360 günü keçən kreditlərin əsas məbləğinin ödənilməsinə yönəldiləcək. Bu kreditlərin faizləri, dəbbə pulları, cərimələri ilə birlikdə silinəcək", - N.Əmirov qeyd edib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7306

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6144

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7690

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7639

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10917

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7372
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-07-2020 00:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru