Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2019
11:28
Ekspert problemli kreditlərlə bağlı bütün suallara aydınlıq gətirdi (1)

Problemli kreditlərə güzəştlərin tətbiq olunmasından sonra kompensasiya mexanizmi ilə bağlı  sosial şəbəkədələrdə və mətbuatda böyük müzakirələr oldu. FaktXeber.com-un məlumatına görə, iqtisadçı alim Vüqar Bayramov bununla bağlı bir sıra sualları cavablandırıb. 

1. Devalvasiyadan əvvəl kredit götürüb və hər hansı yubanma olmadan

krediti ödəmiş vətəndaşlara kompensasiya veriləcəkmi?

Nümunəvi kreditorlara kompensasiyanın verilməsi nəzərdə tutulur. Məsələn, vətəndaş 2015-ci ilin fevralın 21-dən əvvəl 10 min dollar kredit götürüb və hər iki devalvasiyaya baxmayaraq kreditini geri qaytarıb. Fərmana əsasən, devalvasiya nəticəsində yaranan fərq təsdiq olunan məexanizmə uyğun olaraq hesablanacaq və həmin məbləğ artıq kreditini bağlamış şəxsə ödəniləcək.

2. Hazırda kreditlər üzrə aylıq ödənişləri olanlar

ödənişi davam etdirsinlərmi?

Fərman qəbul olunandan sonra edilən ödənişlər də hesablaancaq və kompensasiya hissəsi geri qaytarılacaq. Bu baxımdan, ödənişə davam etmək heç bir problem yaratmır, vətəndaş həmin vəsait üzrə də kompensasiya alacaq.

3. Güzəştlər yalnız dollar ilə götürülən kreditlərə aiddirmi?

Güzəştlər həm dollar, həm də manatla götürülən kreditlərə aiddir. 17 min manatadək kredit götürmüş vətəndaşlarımız da güzəştlərdən yararlana biləcəklər.

4. Kreditə görə ödənilən kompensasiyası devalvasiya məbləğindən daha çoxdursa,

vətəndaş kompensasiyanı necə alacaq?

Bu zaman bankda vətəndaşın adına bank hesabı açılacaq və vəsait həmin hesaba köçürüləcək. Vətəndaşımız həmin hesabdan pulunu nağdlaşdıra biləcək.

5. Hansı halda vəsait banka və

hansı halda vətəndaşa ödəniləcək?

Kompensasiya məbləği hesablanacaq və əgər qalıq borc bağlandıqdan sonra əlavə məbləğ qalarsa o vətəndaşa ödəniləcək. Məsələn, borc qiymətləndirildikdən sonra vətəndaşa ödəniləcək kompensasiya 4 min dollardır və onun min dollar borcu qalır və bu zaman 3 min dollar vətəndaşın bank hesabına ödənilir, qalan min dollar ilə kredit bağlanır.

6. Avro və ya rubl ilə götürülən

kreditlərə güzəşt şamil olunacaqmı?

Məbləği 10 min dollardan çox olmayan bütün xarici valyutada olan kreditlərə güzəşt şamil olunacaq. Bu baxımdan, rubl ilə kredit götürənlər də bu imkandan yararlana biləcəklər.

7. Bank olmayan kredit təşkilatlarından kredit götürən

vətəndaşlarımıza kompensasiya veriləcəkmi?

Bütün növ kredit qurumlarından kredit alan vətəndaşlarımız bu güzəştlərdən faydalana biləcəklər.

8. Kompensasiyadan sonra kredit bocu

qalanlar borclarını necə qaytaracaqlar?

Məsələn, qiymətləndirmədən sonra vətəndaşın kredit qalığı 6 min dollardır və onun kompensasiya məbləği 4 min dollardır. Bu zaman həmin kredit üzrə 2 min dollar borc qalır. Həmin borc manata çevrilir. Bu zaman qalıq borc 3.4 min manat olur. Bu borc ödəmək üçün vətəndaşa 1 ili faizsiz və qalan illəri 1 faiz olmaqla 5 illik kredit verilir və yeni ödəniş cədvəli tutulur və ona aylıq ödənişlər kəskin azaldılır. Yəni, faktiki olaraq qalıq borca faiz hesablanmır, müddətsə uzadılır ki, vətəndaş ödəniş edə bilsin.

9. Ödəniş ediləcək vətəndaşlarımızın siyahısı və

kompensasiya məbləği nə zamanadək bəlli olacaq?

Fərmana əsasən, fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini 45 gün müddətində müəyyən ediləcək. Bu isə o deməkdir ki, ən geci aprelin ortasınadək hər bir vətəndaş alacağı kompensasiya məbləği barədə məlumatlandırılacaq.

10. Vətəndaşlar kompensasiyanı

nə zaman ala biləcəklər?

Fərmana əsasən, ən geci mayın 28-dək bütün kompensasiyalar ödəniləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanlı məşqçi "Sevilya"ya gedir

10

Dekabr
15:38
İDMAN
190

Yuri Lujkov dünyasını dəyişdi

10

Dekabr
14:33
DÜNYA
307

Sabahın hava proqnozu açıqlanıb

10

Dekabr
13:04
ÖLKƏ
312

FHN: "EuroHome"da baş verən yanğın söndürülüb

10

Dekabr
12:27
HÜQUQ,HADİSƏ
464

Bakıya yeni ikimərtəbəli qatarlar gətirilib

10

Dekabr
11:58
NƏQLİYYAT
322

Tramp çevriliş cəhdindən danışdı

10

Dekabr
11:40
DÜNYA
249

Lavrov Vaşinqtona işgüzar səfər edib

10

Dekabr
10:55
DÜNYA
271
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2019 16:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru