Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2019
10:09
BŞTİ `Nəsimi İli` ilə bağlı əmr imzalayıb

“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.

İdarədən  FaktXəbər-ə daxil olan məlumata görə, müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planında “Nəsimi İli” çərçivəsində sinif təşkilat saatlarının, disput, “Dəyirmi masa” və konfransların təşkili nəzərdə tutulur.

Həmçinin İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr, müsabiqələr keçiriləcək. İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bülleten, divar qəzetləri, fotostendlər və bukletlər hazırlanacaq.

Təhsil müəssisələrində İmadəddin Nəsiminin bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgiyə baxış keçiriləcək, məktəb kitabxanalarında böyük şairin əsərlərinin oxusu və müzakirəsi aparılacaq.

Bundan əlavə, yuxarı sinif şagirdləri arasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Ən yaxşı təqdimat müsabiqəsi”, təhsil işçilərinin elmi konfransı və “Şeir, incəsənət və mənəviyyat” festivalı təşkil olunacaq.

Məqalədə : Nəsimi İli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54697

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52799

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54210

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53939

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59364

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53629

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54000
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-12-2020 03:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru