Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2019
15:20
AİP Xocalı faciəsinin 27-ci ildönümünü anıb

Azərbaycan İslam Partiyasında bu gün Xocalı soyqırımı ilə bağlı dəyirmi masa keçirildi.

“Xocalı soyqırımı-xalqımızın qan yaddaşı” mövzusunda keçirilən dəyirmi masada qurumun sədr əvəzi Hacı İlham Əliyev, partiya funksionerlərindən Akif Heydərli, Vüqar İbayev çıxış edərək bədnam erməni millətçilərinin, terrorçuluqda xüsusi ad qazanan ermənilərin, o cümlədən Ermənistana məhz bu faciənin ssenarisini həyata keçirməkdə birbaşa iştirak etdiyinə görə rəhbər vəzifələrə irəli sürülən köçəryanların, sarkisyanların, paşinyanların bu ölkədə terrorçuluğu  dövlət səviyyəsinə qaldırdıqlarını dilə gətiriblər. 

Çıxışçılar bildiriblər ki, ermənilərə himayədarlıq edən güc mərkəzləri Azərbaycana qarşı separatizmi  dəstəkləməklə işğalçı rejimi silah və maliyyə yardımları ilə bu gü dən təmin etməkdən çəkinmirlər.

“Xocalı soyqırımının  xalqımızın heç zaman unutmayacağını, düşməndən bu qeyri-insani və amansızlıqla həyata keçirilən faciənin qisasını alacağını” bildirən masa iştirakçıları bundan ötrü  ümumi düşmənə qarşi yumruq kimi birləşməyi zamanın cəmiyyətimizin qarşısında qoyduğu ən vacib vəzifə hesab ediblər.

Toplantının sonunda partiya səlahiyyətliləri soyqırım faciəsinin qurbanlarına Allahdan rəhmət diləyərək, ruhlarına dualar oxuyub, xalqımıza,  soyqırıma məruz qalanların yaxınlarına, ailələrinə baş sağlığı veriblər.(islaminsesi)

Məqalədə : AİP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
473

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
340

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
455

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
462
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-04-2021 22:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru