Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2019
10:45
Bəşər Əsəd gözlənilmədən İrana səfər edib

Suriya prezident Bəşər Əsəd dünən gözlənilmədən İrana səfər edib. FaktXəbər-in rəsmi SANA agentliyinə istinadən məlumatına görə, Əsəd İranda Ali lider Seyid Əli Xamenei ilə görüşüb.

Ayətullah Xamenei görüşdə qeyd edib ki, Suriyanın qələbəsinin, eləcə də ABŞ və onun regiondakı muzdurlarını məğlubiyyətə sürüklənməsinin sirri Suriya xalqı və prezidentinin dözümü və müqavimətindədir: "Gələcək planlar qarşısında ehtiyatlı və diqqətli olmaq zəruridir. İran İslam Respublikası Suriya dövlətinə və xalqına yardımı müqavimət hərəkatı və cərəyanına yardım hesab edir və səmimi qəlbdən bununla qürur duyur. Suriya dövləti xalqın dözümü və dəstəyi sayəsində ABŞ, Avropa və onların regiondakı müttəfiqlərinin böyük bir koalisiyasına qarşı duruş gətirə və bu hadisədən qalibiyyətlə çıxa bildi”.

Suriyadakı müqavimət hərəkatının qələbəsinin amerikalıların qəzəblənməsinə və yeni planlar cızmağa çalışmasına səbəb olduğunu qeyd edən Ayətullah Xamenei bu nüansla bağlı bir nümunəyə işarə edərək, “amerikalıların Suriyada yaratmaq istədikləri bufer zonası məsələsi bu təhlükəli planlardandır. Həmin planı qətiyyətlə rədd etməli və ona qarşı dirəniş göstərmək lazımdır. Amerikalıların İraq və Suriya sərhədlərinə yerləşdirilməsi proqramı onların çirkin planlarının başqa bir nümunəsidir: İran və Suriya arasında dərin strateji əlaqə mövcuddur. Müqavimət hərəkatının mahiyyəti və gücü bu davamlı və strateji əlaqələrdən asılıdır. Bu əsasla düşmənlər öz planlarını həyata keçirə bilməyəcəklər. Düşmənlərin səhvi onda idi ki, Suriyanı bəzi ərəb ölkələri ilə səhv salmışdılar. Halbuki həmin ölkələrdə xalq hərəkatının məqsədi müqavimət, daha doğrusu, ABŞ və onun əlaltılarına qarşı qiyam olmuşdur”, - deyə bildirib.

Bəşər Əsəd də İran İslam Respublikasının ölkəsinə göstərdiyi yardımları yüksək qiymətləndirərək, “Suriya müharibəsi İrana qarşı aparılmış səkkiz illik məcburi müharibəyə bənzəyir. İslam Respublikası bu hadisədə fədakarcasına bizim yanımızda oldu. Hal-hazırki uğura görə sizi və bütün İran xalqını təbrik etməyimiz, habelə İran xalqına təşəkkür etməyimiz lazımdır. Bir çox ölkələr ABŞ qarşısında sınmış və dünyanın taleyinin ABŞ tərəfindən təyin edildiyini düşünürdülər. Ancaq müqavəmtçi xalqaların dirənişi sayəsində bu yanlış təsəvvür süquta urğamaqdadır”, söyləyib.

Məqalədə : Suriya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 2-ci gününün duası - AUDİO

14

Aprel
20:00
MƏNƏVİYYAT
230

İran neft hasilatını artırır

14

Aprel
14:10
İQTİSADİYYAT
321

QMİ-nin televiziya kanalı fəaliyyətə başlayıb

14

Aprel
13:57
BÖLMƏNİ DÜZ SEÇ!
373

Sabahın hava proqnozu açıqlandı

14

Aprel
13:01
ÖLKƏ
321

Ramazan ayında and içmək orucu batil edirmi?

14

Aprel
11:53
MƏNƏVİYYAT
376

Azərbaycan nefti bahalaşıb

14

Aprel
10:48
İQTİSADİYYAT
412

Bitkoinin qiyməti yeni rekord qırdı

14

Aprel
10:37
DÜNYA
382

Azərbaycanda Ramazan ayı başladı

14

Aprel
09:36
ÖLKƏ
479

Neftin bahalaşması davam edir

14

Aprel
09:25
İQTİSADİYYAT
407

AMB-nin valyuta məzənnələri

14

Aprel
09:11
İQTİSADİYYAT
407

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
446

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
424
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-04-2021 08:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru