Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2019
16:04
999
`Vətəndaşların vergisi ilə tikilən yol niyə ödənişli olmalıdır?`

Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında “Bakı - Ələt – Astara – İranla dövlət sərhədi” avtomobil yolunun bir hissəsinin bu ilin sonundan ödənişli olacağını deyib.

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli isə müsahibəsində bildirib ki, dövlətin vəsaiti hesabına infrastruktur layihələrinin pullu olması məntiqsizlikdir.

Onun sözlərinə görə, əgər dövlətin istəyi varsa ki, büdcənin yükünü azaltsın və bu sektordan kənara çəkilsin.

“O zaman qanunvericilikdə dəyişikliklər olmalıdır, yəni özəl sektorun infrastruktur layihələrində iştirakı təmin edilməlidir. Nəticədə özəl sektor yolun çəkilməsində və həm sürət xəttinin müəyyənləşməsində, həm təmirində iştirakına görə pul yığa bilər. Ona görə adıçəkilən yolun pullu olması tamamilə məntiqsizlikdir. Obrazlı desək, biz həmin yolun pulunu artıq ödəmişik”.

Onun fikrincə, yeganə olaraq dövlət həmin yolu xarici vətəndaşlar üçün pullu edə bilər.

“Çünki xarici vətəndaşlar dövlətə vergi ödəməyiblər, yəni yolun çəkilişində iştirak etməyib. Ağır yük maşınlarından istifadə edən şirkətlərə həmin yol üçün əlavə vergi qoymaq olar. Bu vəsait də yolun təmirinə ayrılmalıdır”.

Natiq Cəfərli başqa ölkələrdə pullu yolların olması haqda suala belə reaksiya verdi:

“Bütün dünyada pullu yolların çəkilməsində dövlət və özəl sektor qarşılıqlı münasibətlər şəklində olur. Türkiyədə İstanbul üçüncü boğaz körpüsü tikilərkən dövlət və özəl sektor birgə çalışdı. Kommunikasiyaların çəkilməsini dövlət həyata keçirdi, amma körpünü özəl şirkət saldı və keçidin pullu olduğu elan edildi”.

O qeyd edib ki, Qərb ölkələrində pullu yollarla paralel dövlətə məxsus da yollar var, insanlar sürətli keçidli yollardan istifadə etmək istəyirlərsə, pul ödəyirlər.

“Dövlət bu yolların çəkilməsinə və ya təmirinə əlavə vəsait ayırmır. Azərbaycanda əsas oyunçu dövlət olduğundan büdcədən vəsait ayrılır və büdcənin formalaşmasında da bütün vətəndaşlar iştirak edir. Düzdür, büdcənin yarısı Dövlət Neft Fondu hesabına formalaşır. Amma Ana Yasaya görə neft xalqa məxsusdur”.(meydan.tv)

Məqalədə : Natiq Cəfərli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN: Həftəsonu yol qəzalarında 6 nəfər ölüb

20

May
11:06
HÜQUQ,HADİSƏ
1048

Tovuzda 5 nəfər qidadan zəhərlənib

20

May
10:52
HÜQUQ,HADİSƏ
40

Bakıda DƏHŞƏTLİ QƏTLLƏR

20

May
10:07
HÜQUQ,HADİSƏ
110

Azərbaycan nefti ucuzlaşıb

20

May
09:59
İQTİSADİYYAT
57

DİM bakalavrlara müraciət edib

20

May
09:55
ELM / TƏHSİL
51

Xarici valyutaların manata qarşı məzənnələri

20

May
09:42
İQTİSADİYYAT
1161
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 11:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru