Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2019
14:20
1312
Sınaq imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 10-da keçirilən sınaq imtahanının nəticələrini elan edib.

DİM-dən Faktxeber.com-a verilən məlumata görə, hər bir abituriyent mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 28337 abituriyentdən 211 nəfəri imtahana gəlməyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : sınaq imtahanı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 04:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com