Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2019
14:13
`Azərişıq` Bakının Xəzər rayonunda elektrik şəbəkəsini yeniləyir - FOTO

Bu gün “Azərişıq” ASC 2019-cu ilin Tədbirlər Planı çərçivəsində Bakıətrafı kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirmək üçün daha bir yük karvanını yola salıb. 

Minlərlə dayaqdan, yeni Komplekt Tranformator Məntəqələrindən, kilometrlərlə uzunluqda kabellərdən və digər zəruri avadanlıqlardan ibarət yükü “Azərişığ"ın mərkəzi təchizat anbarından götürən ağırtonnajlı yük avtomobilləri Bakının Xəzər rayonunun qəsəbələrinə istiqamət alıb. 

Maşın karvanının apardığı avadanlıqlar və materiallarla rayonun Binə qəsəbəsinin yeni salınan məhəllələrinin və bəzi digər yaşayış məntəqələrinin elektrik təsərrüfatı yenilənəcək.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, maşın karvanının apardığı yükə 10 ədəd KTM (Komplekt Transformator Məntəqəsi), bir neçə min km. elektrik verililişi xətləri, 7 min ədəd dəmir-beton dayaqlar, SİP-kabellər və s. daxildir. Onun sözlərinə görə Azərişıq” ASC tərəfindən ölkə prezidentinin göstərişı əsasında Azərbaycanın regionlarının, Bakı şəhəri və onun ətraf qəsəbə və kəndlərinin elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdirilir.

“Biz bu barədə vaxtaşırı olaraq məlumatlar veririk. Əslində Bakıətrafı kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsi hələ illər əvvəl tamamilə yenidən qurulub, nəticədə sakinlərin elektrik enerjisi ilə sutkanın 24 saatı boyu keyfiyyətli, dayanıqlı təchizatı təmin olunub. Lakin bildiyiniz kimi Bakıətrafı kənd və qəsəbələr sürətlə böyüyür, hər il minlərlə yeni fərdi evlər, müxtəlif obyektlər tikilir. Nəticədə bəzi ərazilərdə möcvud şəbəkələrdə yüklənmələr artır, yaxud yeni salınan yaşayış məhəllələrinin elektrik təchizatı şəbəkəsini qurmaq zərurəti yaranır. O cümlədən Xəzər rayonu üzrə bir sıra ərazilərdə yenidənqurma işlərinə zərurət yaranıb. Hazırda bu rayon üzrə abonentlərin sayı 80 mindən yuxarıdır, onların 30 mindən çoxu təkcə Binə qəsəbəsinin payına düşür. Bu gördüyünüz avadanlıqlar, materiallar hesabına Xəzər rayonunun elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılacaq, aparılan yenidənqurma işləri yüklənmələrin azalmasına və texniki itkilərin minimuma endirilməsinə səbəb olacaq”,-  T.Mustafayev bildirib.

Xatırladaq ki, bu, 2019-cu ilin əvvəlindən “Azərişığ”ın genişmiqyaslı yenidənqurma işləri üçün yola saldığı onuncu maşın karvanıdır. Bundan əvvəl Beyləqan Akstafa, Ağsu, Şamaxı, Qəbələ, Cəlilabad, Lənkəran, Sabirabad rayonlarına və Bakının Binəqədi rayonunun “Kənd Binəqədi”, Sulutəpə və Xocasən, habelə Biləcəri qəsəbələrinə belə karvanlar yola salınıb. 

Məqalədə : Azərişıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47131

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45305

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46875

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46495

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52041

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46190

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46668
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2020 07:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru