Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2019
11:05
451
BMT pakistanlı generalı komandan təyn etdi

Birləşmiş Millətlər Təşkilatı (BMT) Mərakeş ilə Polisario Cəbhəsi arasındakı mübahisəli region olan Qərbi Saxarada xidmət apan sülhməramlı qüvvələrə (MINURSO) yeni koamndan təyin edib. FaktXəbər bildirir ki, bu barədə BMT yazılı bəyanatla çıxış edib.

BMT-nin baş katibi Antonio Quterres açıqlayıb ki, pakistanlı general Ziya ər-Rəhmanı mübahisəli regionda sülhməramlı misiyya yerinə yetirən qüvvələrə komandan təyin olunub. O, bu ay vəzifə müddəti başa çatan çinli general Xiaojun Vanqı bu vəzifədə əvəzləyib.

Qeyd edək ki, Mərakeş 1975-ci ildə keçmiş İspaniya müstəmləkəsi olan Qərbi Saxaranı torpaqlarına qatmasından sonra Əlcəzairin dəstək verdiyi Polisario Cəbhəsi ilə Mərakeş arasında gərginlik başlayıb. Polisario Cəbhəsi Mərakeşdən ayrılmağı tələb edir və bu ayrılığı "Qərbi Saxara xalqının öz müqəddəratını təyin etmə hüququ (self-determination)" çərçivəsində görür.

Mərakeş bölgənin öz suverenliyi altında qalmalı olduğunu bildirsə də, Polisario Cəbhəsi Qərbi Saxaranın müstəqil bir dövlət olduğunu göstərir. Polisario Cəbhəsi 1991-ci ildə BMT-nin himayəsi ilə əldə olunan atəşkəs razılaşmasına qədər Mərakeş təhlükəsizlik qüvvələrinə qarşı silahlı mübarizə aparıb. Atəşkəs razılaşmasından bu yana Qərbi Saxaranın statusu ilə bağlı aparılan danışıqlar uğursuz olub.

Məqalədə : Polisario 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı küləyi ağacı avtomobilin üzərinə aşırdı

19

Sentyabr
16:26
HÜQUQ,HADİSƏ
184

Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi

19

Sentyabr
16:08
BÖLMƏNİ DÜZ SEÇ!
332

Müəllimlərin bilikləri sınaqdan keçiriləcək

19

Sentyabr
15:29
ELM / TƏHSİL
973

Tramp: Evsizlər imicimizə zərər vurur

19

Sentyabr
15:10
DÜNYA
223

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

19

Sentyabr
14:22
HÜQUQ,HADİSƏ
243

Hüseyn Abdullayevə 8 il cəza istənildi

19

Sentyabr
14:08
HÜQUQ,HADİSƏ
350

Sabahın hava proqnozu açıqlanıb

19

Sentyabr
13:20
ÖLKƏ
267

Naxçıvanda məktəblər birnövbəli rejimə keçib

19

Sentyabr
12:50
ELM / TƏHSİL
295

Azərbaycanda yük daşımaları artıb

19

Sentyabr
11:54
İQTİSADİYYAT
238
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2019 05:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru