Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2019
10:31
564
Professor: `Dilin taleyi haqqında qeyri-peşəkarlar proqnoz verir`

“Azərbaycan dili, ənənəsi olan dildir. Hər il yeni sözlərin alternativləri Dilçilik İnstitutu tərəfindən təqdim edilir. Amma bütün bunlardan əlavə, yeni daxil olan söz dilə uyğunlaşırsa, hətta dilimizdə qarşılığı olsa belə onun qarşısını kəsmək mümkün deyil”.

Bunu filologiya elmləri doktoru, professor Buludxan Xəlilov deyib.

Onun sözlərinə görə, müasir dövrdə dillərə yeni sözlərin daxil olması normaldır: “Dilimizə daxil olan yeni sözlər siyasət, iqtisadiyyat və texnologiya ilə bağlı olan sözlərdir. Bu da müasir dövrün tələblərindən irəli gələn bir prosesdir. Təəssüflər olsun ki, bəzən bu prosesi birmənalı şəkildə qəbul eləmirlər. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan dünyaya inteqrasiya olmuş bir dövlətdir. Dil yeni sözlərin lüğət tərkibinə daxil olması ilə əslində, öz təbii axarında inkişaf edir. Ona görə də dilə daxil olan yeni sözləri dilimizin lüğətində qəbul etməliyik. Təbii ki, qarşılığını tapa biləcəyimiz sözlər istisnadır. Müasir dövrdə biz istəsək belə dilimizə yeni daxil olan sözlərin qarşısını ala bilmərik. Əgər, müasirliyi, texnologiyanı qəbul ediriksə, biz sözləri də qəbul etməyə məcburuq”.

Professor mətbuatı “dilçi ekspert”lərə deyil, peşəkarlara yer ayırmağa çağırıb: “Narahatlıq doğuran məsələ odur ki, biz dilin tədqiqi imkanlarından düzgün istifadə etmirik. Dildə düzgün danışmağı bacarmayanların məsuliyyəti yeni daxil olan sözlərin üzərinə düşməməlidir. Əsas problem budur və ilkin olaraq bu problem aradan qaldırılmalıdır. Kütləvi İnformasiya Vasitələrində (KİV) dilin taleyi haqqında qeyri-peşəkarlar proqnoz verir. Halbuki həmin “eskpert”lər dili təhlil etmək potensialına malik deyillər”. 

Məqalədə : Professor 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı küləyi ağacı avtomobilin üzərinə aşırdı

19

Sentyabr
16:26
HÜQUQ,HADİSƏ
181

Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi

19

Sentyabr
16:08
BÖLMƏNİ DÜZ SEÇ!
329

Müəllimlərin bilikləri sınaqdan keçiriləcək

19

Sentyabr
15:29
ELM / TƏHSİL
957

Tramp: Evsizlər imicimizə zərər vurur

19

Sentyabr
15:10
DÜNYA
219

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

19

Sentyabr
14:22
HÜQUQ,HADİSƏ
240

Hüseyn Abdullayevə 8 il cəza istənildi

19

Sentyabr
14:08
HÜQUQ,HADİSƏ
347

Sabahın hava proqnozu açıqlanıb

19

Sentyabr
13:20
ÖLKƏ
263

Naxçıvanda məktəblər birnövbəli rejimə keçib

19

Sentyabr
12:50
ELM / TƏHSİL
292

Azərbaycanda yük daşımaları artıb

19

Sentyabr
11:54
İQTİSADİYYAT
235
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2019 05:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru