Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2019
09:53
472
SOCAR Gürcüstana satdığı qazı niyə bahalaşdırdı? - AÇIQLAMA

Gürcü rəsmiləri Gürcüstanın Rusiyadan müəyyən həcmdə qaz alaraq Azərbaycan qazından asılılığı azaldacağına dair açıqlamalar verir. İki gün əvvəl  belə bəyanatla iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliya çıxış edib. O qeyd edib ki, “Qazprom”la müqavilənin uzadılması ölkənin qaz bazarında Azərbaycanın inhisarçı mövqeyi ilə mübarizə aparmaq məqsədi güdür:

“Biz istəmirik ki, bazara inhisarçılıq yaransın və yeganə qaz təchizatçısı Azərbaycan olsun. Azərbaycanın da olmağını istəyirik, amma müəyyən həcmdə qazı Rusiyadan almaq lazımdır”. O, eyni zamanda iddia edib ki, Gürcüstanın qaz təchizatının 90 faizini həyata keçirən  SOCAR Georgia Gas şirkəti martın 1-dən kommersiya abonentləri üçün qazın qiymətini 10.5 faiz qaldıracağını elan edib.

Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, SOCAR Gürcüstan üçün qaz tariflərini artırsa da, yenə də bazarın ən aşağı tarif seqmentində yer alır:

“Gürcüstanda sosial istehlakçılar üçün təbii qaz tarifləri dövlət tərəfindən tənzimlənirsə, əsasən sənaye müəssisələri olan kommersiya istehlakçıları üçün təbii qaz tarifləri qazpaylayıcı şirkətlər tərəfindən müəyyən edilir:

“Nəzərə alsaq ki, Gürcüstanda qazpaylayıcı şirkətlərin əksəriyyəti öz satış tariflərini hələ SOCAR-dan əvvəl artırıblar və hazırda Gürcüstan bazarında kommersiya istehlakçıları üçün qaz tarifləri əsasən 95-131 tetri arasında dəyişir, aydın olur ki SOCAR öz tarifini hətta 95 tetriyə qədər artırandan sonra Gürcüstan bazarının ən aşağı tarif seqməntində yer alır”.

Rəis müavini Gürcüstan üçün qaz tariflərinin artırılması səbəblərinə də aydınlıq gətirib:

“Bunu da qeyd etmək vacibdir ki, şirkətimiz tərəfindən Gürcüstanda qaz tarifinin artırılması bizdən asılı olmayan obyektiv səbəblərlə bağlıdır, o cümlədən:

- Gürcüstanın milli valyutası olan larinin devalvasiyası;

- Dünya bazarlarında neft və qazın qiymətinin dəyişməsi və bununla Gürcüstana təbii qazın idxal qiymətinin dəyişməsi;

- Dövlət tərəfindən SOCAR üçün qazpaylama tarifinin qaldırılması”.

SOCAR rəsmisinin sözlərinə görə, hazırda Azərbaycan təbii qazın hasilatını ciddi şəkildə artırmaqla, həm öz daxili tələbatını tam təmin edir, həm qonşu Gürcüstanın tələbatını tam qarşılayır, həm də qardaş Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə verir:

“Gürcüstan ilə tərəfdaşlığımızın tarixçəsi Azərbaycanın səmimi, güvənli və dayanıqlı tərəfdaş olduğunu göstərir və buna görə biz qarşı tərəfli mənafelərimizi təmin etmək şərti ilə öhdəliklərimizi tam yerinə yetirmək əzmindəyik. Təbii olaraq, hər bir ölkə öz enerji təhlükəsizliyini təmin etməkdə maraqlıdır. Qarşıdakı dövrdə həm Gürcüstan, həm də Türkiyə bazarına ixrac olunan təbii qaz həcmlərində azalma deyil, əksinə artım gözlənilir. Əlbəttə alternativ mənbələrdən qaynaqlanan boru xətlərinin mövcudluğu, sırf mümkün fövqəladə vəziyyətlərə qarşı sığortalanmaq baxımından həmin xətlərdən istifadə mexanizminin işlənməsi idxalçı ölkələrdə bəzən müzakirə mövzusu ola bilər. Bununla yanaşı, Azərbaycanın təbii qazı regionun bazarlarında öz yüksək rəqabət qabiliyyətini davamlı şəkildə təmin edir və bazarlardakı mövqelərini daha da gücləndirir”.

Məqalədə : SOCAR 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2540

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2363

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1787

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1498

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
459

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
260

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1192
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 04:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru