Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2019
15:43
640
Milli Oftalmologiya Mərkəzi Xaçmaz sakinləri üçün aksiya keçirəcək

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası fevralın 21-22-də növbəti tibbi aksiyasını Xaçmaz rayonunda keçirəcək.

Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva bildirib ki, aksiya Xaçmaz dəmiryolu vağzalında olacaq.

Humanitar aksiyanın məqsədi pasiyentləri operativ şəkildə müayinə və müalicə etmək, onlar arasında refraksiya anomaliyalarının aşkarlanmasındır. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

Növbəti aksiyasını davam etdirən Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün ən müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Müayinələr üçün avadanlıqlar foropter, refraktometr, tonometr,işarələr proyektoru, yarıq lampa, lensmetr və digərləri təşkil edilib.

Qeyd edək ki, hazırda dünyada 300 milyon insan müxtəlif göz problemlərindən, 40 milyondan çox insan isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
215

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
233

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
400

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
231

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
298
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 04:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru