Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2019
16:34
288
Paşinyanın həyat yoldaşı və müdafiə naziri gizli `Britaniya` klubunda

Ermənistanda, Böyük Britaniyanın səfirliyi nəzdində fəaliyyət göstərən qeyri-rəsmi  klub mövcuddur. 

FaktXəbər-in məlumatına görə, bu barədə rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru  İqor Korotçenko "160 saat" portalına bildirib. 

Onun sözlərinə görə, klubun üzvləri erməni təşkilatının nümayəndələridir.

"Mənbələrimizin məlumatlarına görə, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan və ölkənin müdafiə naziri David Totoyan daxil olmaqla, bir sıra  yüksək rütbəli məmurlar bu qeyri-formal  klubunun nümayəndələridir", - deyə o, vurğulayıb.

Korotçenkonun fikrincə, klubun mövcudluğu onu göstərir ki, Ermənistan Rusiyanı gələcək strateji  əməkdaş kimi görə bilməz. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ermənistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 03:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com