Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2019
14:17
Azərbaycanda yeni medal təsis edilib

Azərbaycanda yeni medal təsis olunub.

Bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Dəyişikliklə medalların sırasına daha biri – “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919 – 2019)” medalı əlavə edilib.

Yubiley medalı ilə Azərbaycanın diplomatik xidmət orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, diplomatik xidmətdə yüksək nəticələr əldə edən diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, diplomatik xidmət orqanlarının veteranları, habelə Azərbaycanın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində fəal iştirak edən və diplomatik xidmət orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər.

Medal diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir.

Medalın arxa tərəfinin yuxarı hissəsində “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, mərkəzində “XARİCİ İŞLƏR NAZİRLİYİ” sözləri yazılıb.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Məqalədə : Azərbaycan yeni medal təsis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP-nin “Ekologiya postu" sökülür

01

İyun
10:15
NƏQLİYYAT
220

Atəşkəs rejimi 23 dəfə pozulub

01

İyun
09:23
HƏRB
225

Ağsuda 1 ton çətənə kolu yandırılıb

01

İyun
09:14
HÜQUQ,HADİSƏ
210

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
297
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 11:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru