Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2019
12:47
Cümə günü kosmosda bir asteroid `bombalanacaq`-VİDEO

Yaponiyanın planetlər arası "Hayabusa-2" zondu cümə günü Ryuqyu asteroidinin səthinə yaxınlaşacaq və gözlənilməz hadisələr baş verməzsə ona atəş açacaq. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə missiyanın saytında bildirilib.

“Hayabusa-2” avtomatik stansiyası 2014-cü ilin dekabr ayında Ryuqyu asteroidini öyrənmək və ondan nümunə götürmək üçün kosmosa burpaxılıb. Alimlər ümid edirlər ki, o, Yerə Günəş sisteminin ilkin materiyasından tam təmiz nümunə gətirəcək.

Aparat hədəfə ötən ilin iyun ayında çatıb və asteroidlə yaxınlaşma proseduruna başlayıb. Səma cisminin səthi və nüvəsi ilə bağlı ilk fotolardan sonra, zond qrunt götürmə proseduruna hazırlaşmağa başlayıb.

Missiyanın əsas tapşırığının reallaşması üçün ilk addımlar ötən ilin oktyabr ayında atılmalı idi. Lakin asteroidin üzərinin "Hayabusu-2"yə zərər verəcək iri daşlarla örtülü olması zondun asteroidə yaxınlaşmasının qarşısını aldı. 

Buna görə də missiya 2019-cu ilin birinci yarısına kimi təxirə salındı.

Bundan başqa zond Ryuqyunun üzərində kifayət qədər reqolit (süxurun kosmik tozu), asteroid "qırıntısı" və tozu olan sahə tapmayıb. Zonda eniş üçün düz səth lazımdır.

Cümə günü (fevralın 22-də) zond asteroidə minimal məsafədə yaxınlaşaraq, xüsusi 5 qramlıq "güllə" ilə atəş açacaq. Sonra aparat Ryuqyu ətrafında 1 dövrə vuraraq xüsusi tələnin köməyi ilə toz və çınqılı götürəcək.

Təqdim olunan videoda Ryuqyunun laborator analoqunun "bombalanması" qeydə alınıb.

"Bombardman" uğurlu olacağı təqdirdə yaponiyalı alimlər ikinci fazanın - Ryuqyu səthində daha güclü partlayışı reallaşdırma barədə düşünəcəklər.

Məqalədə : asteroid 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48378

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46412

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48056

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47646

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53229

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47275

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47680
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 19:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru