Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2019
13:10
Çeçenlər və azərbaycanlılar Moskvadakı kütləvi dava ilə əlaqədar birgə bəyanat yayıblar

Moskvada azərbaycanlılar və çeçenlər arasında baş verən kütləvi dava Azərbaycanda olduğu kimi Çeçenistan Respublikasında da geniş əks-sədaya səbəb olub. Bundan sonra azərbaycanlılar və çeçenlərin sosial şəbəkələrdə konfliktə son verməyə çağıran birgə video mesajları yayılmağa başlayıb. 

Konfliktə səbəb Əlixan adlı çeçenin azərbaycanlıları təhqir etdiyi videonun sosal şəbəkələrdə yayılması olub. Videodan sonra Əlixan bir qrup naməlum azərbaycanlı tərəfindən döyülüb və ondan azərbaycanlılardan üzr istəmək tələb edilib. Gənc çeçeni kimin nə vaxt döydüyü barədə məlumat verilmir.

Döyülmüş Əlixanın azərbaycanlılardan üzr istəməsinə dair video sosial şəbəkələrdə çıxdıqdan sonra  münaqişə yaranır.

Moskvanın cənub-şərqindəki Peçatnik rayonunda 100-ə yaxın adamın iştirakı ilə kütləvi dava və silahlı insident baş verir. Hadisə nəticəsində 10 nəfər yaralanır, 20-si isə saxlanılır. 

Silahlı atışma  Peçatnik rayonunun Kuryanova küçəsində azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” restoranında olub. 14 fevral "Valentin günü" ilə əlaqədar restoranda çoxlu müştəri olub. Lakin qəfildən bıçaqla və travmatik tapança ilə silahlanmış bir qrup çeçen restoranı basaraq, oradakı bütün müştəriləri küçəyə çıxmağa məcbur ediblər. Daha sonra isə restoran əməkdaşlarına qarşı hücuma keçiblər. Atışmadan və kütləvi davadan sonra çeçenlər müşahidə kameralarının video yazılarını özlərini ilə götürərərk hadisə yerindən qaçıblar.

Şahidlərin sözlərinə görə, atışma zamanı restoranın sahibi Yaşar Əliyev yaralanıb. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
337

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
301

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
464

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
339

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
332

Bakıda uşaq poliklinikasında yanğın söndürülüb

21

Fevral
16:10
HÜQUQ,HADİSƏ
344
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2020 13:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru