
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 17-də ölkənin 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.
DİM-dən FaktXəbər-ə verilən məlumata görə, həmin gün 3432 şagirdin imtahan verməsi nəzərdə tutulur.
Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə fevralın 12-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası" da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan saat 11:00-da başlanır. İmtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır.
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara tədris dili, riyaziyyat və xarici dil üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)
Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Belə ki, şagirdlərin şəkli "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) və ya DİM-in informasiya sistemlərindən götürülərək ayrıca elektron bazaya daxil edilir. İmtahana giriş zamanı isə proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.
İmtahan bitdikdən sonra iştirakçılar sual kitabçası və cavab vərəqini nəzarətçiyə təhvil verməlidirlər.
İmtahanların keçirilməsi üçün 25 imtahan bunası ayrılıb. İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanında 3432 (Bakıda 1447, Gəncədə 301, Şəmkirdə 56, Gədəbəydə 71, Qazaxda 58, Tovuzda 71, Sumqayıtda 288, Şamaxıda 78, Qaxda 78, Bərdədə 139, Göyçayda 72, Kürdəmirdə 39, Zərdabda 32, Şirvanda 115, Sabirabadda 80, Biləsuvarda 33, Salyanda 55, Saatlıda 77, Lənkəran 43, Cəlilabadda 113, Qubada 77, Qusarda 40, Xaçmazda 69 nəfər) 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına 34 imtahan rəhbəri, 314 nəzarətçi-müəllim ayrılıb.

Saudi WikiLeaks: "Səudiyyə hakimiyyəti müxalifətçilərin kütləvi oğurlanmasına göstəriş verib"
22
Aprel
Almaniyalı deputat: “Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır”
22
Aprel
Nazirlik koronavirusa qarşı evdə müalicə prosesinə aydınlıq gətirib
22
Aprel- 22-04-2021 17:03 Emin Əmrullayev Azərbaycan təhsilindəki problemlərdən DANIŞDI
- 22-04-2021 17:01 Direktor müavinlərinin işə qəbulunun birinci mərhələsi yekunlaşıb
- 22-04-2021 09:23 Bu gün 8790 şagird üçün buraxılış imtahanı keçiriləcək
- 20-04-2021 15:40 Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq
- 20-04-2021 14:40 Bu şəxslər təhsil haqqından xilas olacaq
- 20-04-2021 13:04 İmtahanlara 2 gün qalıb
- 20-04-2021 12:11 Birinci siniflərə qəbul bu tarixdən başlayır
- 20-04-2021 09:09 Növbəti buraxılış imtahanları keçiriləcək
- 16-04-2021 09:12 Bu gün 18 mindən çox şagird buraxılış imtahanı verəcək
- 08-04-2021 12:02 Reyhan ABŞ-ın bir neçə nüfuzlu universitetinə qəbul olub
- 08-04-2021 10:25 Məktəblər nə vaxt açıla bilər? - AÇIQLAMA
- 08-04-2021 09:57 Nazirdən məktəblərdə tədrisin dayandırılması barədə yeni açıqlama
- 07-04-2021 12:22 Nazir vaksinasiyanı başa vurmuş məktəblərin adlarını açıqladı - SİYAHI
- 05-04-2021 12:06 Bağçalar sabahdan işləyəcək
- 05-04-2021 11:13 Aprelin 15-dən Azərbaycanda 11 illik baza üzrə buraxılış imtahanları başlayır
- 05-04-2021 09:43 Nazir işləyəcəyini dedi, amma bağçalar bağlıdır
- 05-04-2021 08:54 Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır
- 01-04-2021 16:15 Nazirlikdən bağçalarla bağlı açıqlama
- 01-04-2021 15:40 Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bağlanır - RƏSMİ
- 01-04-2021 15:20 Məktəblər bağlansın, ya yox? - Sorğunun nəticələri açıqlandı
- 31-03-2021 14:10 Qəbul imtahanına qədər 18 yaşı olan oğlanların nəzərinə!
- 31-03-2021 10:22 Bakıda daha üç məktəbdə ənənəvi dərslər bərpa olundu
- 30-03-2021 16:26 Azərbaycanda daha üç məktəb koronavirusa görə bağlandı
- 30-03-2021 11:46 Azərbaycanda diplomlarının tanınmasından imtina edilən xarici universitetlər - SİYAHI
- 30-03-2021 10:29 Bakıda daha 3 məktəbdə ənənəvi dərslər bərpa olunub