Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2019
16:50
Məmmədyarov və Rəcəbov dünya çempionatında iştirak etməyəcək

Martın 5-də Qazaxıstanın paytaxtı Astanada start götürəcək komandalararası dünya çempionatı üçün Azərbaycanın kişi şahmatçılardan ibarət milli komandasının heyəti açıqlanıb.

Federasiyadan FaktXəbər-ə verilən məlumata görə, yarışda Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov çıxış etməyəcək. Bu, hər iki qrossmeysterin FIDE Qran Prilərinə hazırlaşmaları ilə əlaqədardır. Əvəzində mundialda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov mübarizə aparacaq. Onlar yeni kapitan Cahangir Ağarəhimovun rəhbərliyi altında çıxış edəcəklər.

Qeyd edək ki, yarışa Çin, İran, ABŞ, Misir, Rusiya, Polşa, Böyük Britaniya, Qazaxıstan və Hindistan yığmaları da qatılacaq. Martın 14-dək davam edəcək 9 turluq dünya çempionatı Astana Beynəlxalq Maliyyə Mərkəzində təşkil olunacaq. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qubada məktəb binası yandı

13

Dekabr
19:20
ÖLKƏ
170

“Qarabağ veteranı” adıyla 135 min mənimsədi

13

Dekabr
15:08
HÜQUQ,HADİSƏ
289
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 21:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru