Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2019
15:20
1428
Məşhur akademik: “Qadınların çılpaqlıq dəbi xalqların ölüm prosesini başladıb”

Qadınların çılpaqlaşma dəbi xalqların ölüm prosesini başlatdı. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə stress haqqında monumental araşdırma yazan rusiyalı akademik həkim Leondid Aleksandroviç Kitayev-Smık bildirib.

Müasir analitik və eksperimentator, uzun illik zəhmətinin bəhrəsi olan «Stresik psixoloqiyası: Stresin  psixoloji antropoloqiyası» flks unikal monoqrafiyasında bu mövzuya toxunub.

Həkimin sözlərinə görə, bir dəfə o, ağır xəstəlikdən  xəstəxanada yatmalı olur: «Elə həmin vaxt elə bil ki, elmi ilham gəldi və mən araşdırmaya başladı. Hazırda kitabımda belə bir yekun var: ««Seksual stressin» yaratdığı onkoloji xəstəliklər».  Kitab ümumilikdə  stress kimi çöxyönlü fenomenin  müxtəlif aspektlərinə həsr olunub, lakin hər şeydən əvvəl məndə kişi və qadınlarda onkologiya yaradan səbəbləri öyrənmək maraqlı idi. Son on illikdə Avropa Amerika sivilizasiyasında kişilər arasında adenoma (xoşxassəli şiş) və prostat xərçəngi epidemiya kimi yayılıb. Bizim əsrin başlanğıcında  40 faiz kişidə adenoma müəyyən edilib, 40 yaşdan yuxarılarda isə artıq göstərici 50 faizdir. ABŞ-da  patoloqoanatomlar  60 yaşında ölən kişilərin 80 faizində  prostat xərçəngi müəyyən ediblər. Paradoks ondadır ki, müsəlman ölkələrində kişi onkologiyasında  belə inkişaf yoxdur». 

Leondid Aleksandroviçin sözlərinə görə, buna səbəb bu gün müasir dünyada dəbdə olan qadın gözəlliyini, əndamını vurğulayan, dar və çılpaq geyimlərdir: «Mən buna həkim kimi, fizioloq kimi baxıram: Bütün bunlar kişilərdə şəhvət yaradan seksual siqnallardır. Şəhərli kişi gün ərzində orta hesabla  100-200 belə «siqnallar» alır. Onun özü hiss eləməsə də qanı androqenlər alır. Lakin androgenlər qana çox yox (hansı ki, onkoloji təhlükəsiz hesab edilir), kanseroqen sayılan orta dozada atılır. Nəticədə tez-tez şəhvətlənən, lakin təmin olunmayan kişi elə öz orqanizminin  içində kanseroqen, dağıdıcı hücuma məruz qalır, bu da onkoloji xəstəliklərə gətirir».

Alimin sözlərinə görə, məhz bu səbəbdən qadın çılpaqlaşmasının əslində seksual stressə gətirdiyini demək olar. Bu isə impotensiya, hətta xərçənglə nəticələnə bilər.

«Qadınları soyunduran dəb Avropa etnosunu depopulyasiyaya (ölümə) aparır. Onların yerini isə öz iffətlərini və qadınlarının örtüyünü qoruyan, bununla da elə öz kişilərini qoruyan xalqlar gəlir. İlk növbədə bu, MÜSƏLMANLARDIR», - deyə həkim vurğulayıb.

O, antik yunan və romalıları xatırladaraq, bu xalqların ölümünə soyunma dəbinin səbəb olduğunu bildirib: «Onlar indi hardadır? Dünya xəritəsindən siliniblər. Özü də təkcə hərbi fəaliyyətlərinə görə yox. Onlar daxildən məhv olublar. Tövrat və Quranda Ad və Səmud qövmü barədə yazılanlar  çoxsaylı  misallardan yalnız biridir. Onlar təbiət qanunlarını pozaraq və onun təbii mexanizmlərini dağıdaraq özünü məhv yolunda addımlayıblar».

Alim eyni zamanda öz mənəvi dəyərlərini  qoruyan xalqların bu günə qədər sağ olduğunu da vurğulayır: «Bu müsəlman etnoslardır. Onu da qeyd edim ki, müasir slavyanların  qədim əcdadları da elə idi. Bütün Rusiya xalqlarında 19-cu əsrin geyimlərinə baxın: Qadın geyimləri sadə, uzun paltarlar, bədənin formasını göstərməyən sarafanlardan ibarət olurdu. Parlaq, bayramsayağı, al-əlvan (adətən qırmızı çalarlarla) olan bu geyimlər əlbəttə kişiləri cəzb edirdi, ancaq bu cəzbiyyətdə heç bir erotik çağırış olmurdu".

21-ci əsrin qadınları isə paltarlarında dərin yarıqlar və çılpaq ayaqları ilə kişilərin sağlamlığının qəbrini qazırlar», - deyə alim sözlərini yekunlaşdırıb.

Məqalədə : Top Secret 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 1775 müəllim iş yerini dəyişib

19

İyun
12:20
ELM / TƏHSİL
660

Axtarışda olan 34 nəfər saxlanılıb

19

İyun
12:08
HÜQUQ,HADİSƏ
1239

Bir gündə yol qəzalarında 3 nəfər ölüb

19

İyun
11:51
HÜQUQ,HADİSƏ
1148

Azərbaycanda şirkət 30 min avro cərimələnib

19

İyun
11:44
HÜQUQ,HADİSƏ
3355

Quba və Ağcabədidə taxıl sahələri yanıb

19

İyun
10:38
HÜQUQ,HADİSƏ
759

Neft yenidən bahalaşıb

19

İyun
09:55
İQTİSADİYYAT
591

Xarici valyutaların manata qarşı məzənnələri

19

İyun
09:44
İQTİSADİYYAT
401

Azərbaycan nefti ucuzlaşdı

19

İyun
09:25
İQTİSADİYYAT
88

Babək prospektində qəza

19

İyun
09:25
HÜQUQ,HADİSƏ
1598
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 13:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru