Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2019
12:01
Xərçəngin əsas simptomları açıqlanıb

Cancer Research UK təşkilatının ekspertləri xərçəng xəstəliyinin 7 əsas simptomlarını açıqlayıblar. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Daily Express xəbər verib.

«Xərçəngin əlamətlərini görməzdən gəlmək sağalma şansını çox azaldır. Şiş – ən çox diaqnoz qoyulan əlamətdir, lakin daha 7 əlamət var ki, onlara fikir vermək vacibdir», - deyə məqalədə bildirilir.

Baxmayaraq ki, xərçəngin hər bir növü üçün müxtəlif simptomlar var, tibb işçiləri bəzi əlamətlərin ümumi olduğunu vurğulayır.

Belə ki, heç bir səbəb olmadan çəkinin birdən-birə azalması onkoloji xəstəliyin siqnalı ola bilər. (Lakin o da qeyd edilir ki, zaman-zaman bədən kütləsinin dəyişməsi də normaldır).

Daha bir qorxulu simptom – qəfil ağrılardır: «Əgər sizi səbəbsiz yerə davam edən, yaxud qəfil başlayan sərt ağrılar narahat edirsə, dərhal həkimə müraciət etmək vacibdir».

Mütəxəssislər mütəmadi olaraq baş verən qarında köp və mədədə qıcqırma kimi problemləri də nəzərə almağı tövsiyə edirlər. Adətən bu yeməyə bəzi məhsulları əlavə etdikdə olur. Lakin deyilən əlamətlər sistematik yaranırsa, xəstəliyin əlaməti ola bilər.

Bundan başqa ekspertlər həzm sisteminin işində pozuntular olanda, həmçinin sidik və nəcisdə qan görünəndə həkimə getməyi təxirə salmamağı məsləhət görürlər.

Məqalədə : xərçəng 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
212

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
223

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
260

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
246

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
361

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
340

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
539
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 22:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru