Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2019
11:57
ATƏT nümayəndələri Tərtər İcra Hakimiyyətində olublar

Bu gün Tərtər rayonu ərazisindəki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək ATƏT nümayəndələri Tərtər Rayon İcra Hakimiyyətində (RİH) olublar.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller Tərtər RİH başçısı Müstəqim Məmmədovla görüşüblər.

Görüş zamanı M.Məmmədov ATƏT nümayəndələrinə bildirib ki, erməni hərbçiləri Azərbaycan ordusunun mövqeləri ilə bərabər yaşayış məntəqələrini də atəşə tutur. Nəticədə mülki əhali təsərrüfat işləri ilə məşğul olmaqda çətinlik çəkir.

Daha sonra ATƏT nümayəndələri təmas xəttinə yollanıb.

Qeyd edək ki, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç aparacaqlar.

Məqalədə : ATƏT 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42497

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
40875

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42397

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
41890

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47397

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
41854

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42256
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2020 21:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru