Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2019
11:18
605
`iOS 12.1.4` sisteminin yeni versiyası `iPhone`larının işində problemlər yaradıb

“iOS 12.1.4” mobil platformasının yeni buraxılışı dünyanın müxtəlif ölkələrində əksər “iPhone” smartfonlarının iş qabiliyyətinin qismən itirilməsinə səbəb olub. Qurğu sahibləri sosial şəbəkələrdə problemlərdən şikayət edirlər.   

Yenilənmədən sonra əməliyyat sisteminin işində nasazlıqlarla “iPad” planşetlərinin istifadəçiləri də üzləşiblər. Hər iki halda istifadəçilər “Wi-Fi” və ya mobil rabitə şəbəkələri ilə məlumatların çox zəif sürətlə ötürülməsindən narazılıq edirlər.  

Digər “iOS” istifadəçilərinin sözlərinə görə, əməliyyat sisteminin yeni versiyası quraşdırıldıqdan sonra smartfonlar onlara quraşdırılmış SİM kartları görməməyə başlayırlar. Bununla yanaşı, istifadəçilərin bir qismində məlumatların ötürülməsi ilə bağlı problemlər “iOS 12.1” versiyasında da mövcud olub, lakin nasazlıq növbəti yenilənmə quraşdırıldıqdan sonra aradan qaldırılsa da, növbəti yenilənmənin gəlişindən sonra yenidən yaranıb.

Qeyd etmək lazımdır ki, əksər “Apple” istifadəçiləri qurğulardan istifadədə çətinliklərlə üzləşməyib.(İctnews)

Məqalədə : iOS 12.1.4 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
165

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
252

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
207

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
154

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
172

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
133
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 17:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru