Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2019
16:50
627
Elm dünyasına möhür vuran qadınlar

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 2015-ci ildə qadınların elm, texnika və mühəndislik sahələrində fəallıq göstərmələrinin təşviq edilməsi məqsədilə hər il 11 Fevralın "Beynəlxalq Elmdə Qadınlar və Qız Uşaqları Günü" kimi qeyd olunmasına qərar verib.

FaktXəbər-in məlumatına görə, BMT builki mövzunu da "Sağlam Böyümə üçün Elmdə Qadın və Qız Uşaqlarına İnvestisiya" olaraq müəyyənləşdirdi.

Xüsusən son illərdə qadınların gücləndirilməsi və gender bərabərliyi istiqamətində nəzərəçarpacaq irəliləyişlər olmasına baxmayaraq, BMT məlumatları dünya üzrə tədqiqatçıların hələ də 30 faizindən azının qadın olduğunu göstərir.

Bir çox cəmiyyətdə elm, texnologiya, mühəndislik və riyaziyyat kimi sahələrdə "kişilərin ən yaxşı olduğu" fikri hakim olsa da, çoxlu sayda alim qadın tarix boyu mühüm kəşf və ixtiralar ortaya qoyaraq böyük uğurlara imza atıb.

Dünyanın ilk kompüter proqramçısı: Ada Lavleys

İngiltərənin paytaxtı Londonda 1815-ci ildə dünyaya gələn və əsl adı Auqusta Ada Bayron olan Ada Lavlesy dünyanın ilk kompüter proqramçısı kimi tanınır.

Kembric Universitetində dövrün tanınmış riyaziyyat professoru olan Çarlz Babbace ilə riyaziyyat və məntiq sahəsində çoxlu sayda yeniliyə imza atan Lavleys müəlliminin diqqətini çəkməyi bacarıb.

Babbaqenin "Analitik Maşın" (Analytical Machine) adlı primitiv kompüter üçün italyan riyaziyyatçı Luis Menabreanın 1842-ci ilde fransızca dərc etdiyi araşdırma yazısını ingilis dilli elm jurnalı üçün çevirən Lavleys öz notlarını da bu tərcüməyə əlavə edərək yazını 1843-cü ildə yayıb.

Lavleys tərcüməyə əlavə etdiyi arayışlarda "Bernoulli" saylarının Babbacenin makinası ilə necə hesablanacağına dair ətraflı yazıb. 

Çarlz Bebbic tərəfindən ixtira olunan hesablama maşını üçün ilk proqramı tərtib edən Ada Lavleys dünya tarixində ilk proqramçı sayılır. Bu xanım həmçinin "sikl" və "işçi xana" terminlərini də ilk dəfə tətbiq etmişdir. 1979 - 1980-ci illərdə ABŞ-ın Müdafiə Nazirliyinin sifarişi ilə Ada proqramlaşdırma dili yaradılmışdır. Dilin yaradılmasında əsas məqsəd hərbi obyektlərin (gəmilərin, təyyarələrin, raketlərin, tankların və s.) idarə edilməsi üçün xüsusi sistemin yaradılması idi. 17 fevral 1983-cü ildə ADA obyektyönümlü proqramlaşdırma dili ANSI tərəfindən rəsmən standartlaşdırılmışdır. Bu dil ABŞ-ın Müdafiə Nazirliyi tərəfindən qəbul edilmiş layihə çərçivəsində hərbi təyinatlı sistemlər və böyük hərbi kompüterlər üçün vahid proqramlaşdırma dilinin yaradılması məqsədilə işlənib hazırlanmışdır. Bundan başqa ilk proqramçı olan bu xanımın adının əbədiləşdirilməsi məqsədilə 1998-ci ildə "Ada" mükafatı təsis edilmişdir.

Elm uğrunda ölən qadın: Madam Küri

"Madam Küri" kimi tanınan Polşa əsilli fransız fizik və kimyaçı Mariya Sklodovska Küri (1867-1934) isə elm dünyasında mühüm uğurlara imza atan yaradıcı qadınlardandır.

O, radioaktivlik sahəsində fəaliyyətinə görə məşhurdur və iki dəfə Nobel mükafatına layiq görülüb. 1903-cü ildə Henri Bekkerel və həyat yoldaşı Pyer Küri ilə bərabər fizika üzrə Nobel mükafatı qazanıb. 1911-ci ildə isə kimya üzrə Nobel mükafatının tək laureatı olub. Radium elementini kəşf edib. Mariya Küri yeganə alim və qadındır ki, Nobel mükafatına iki ayrı-ayrı sahədə almağa nail olub. Elementlərin öz-özünə şüalanmasına radioaktivlik adını məhz Mariya və Pyer Küri vermişdir. Həyat yoldaşı Pyer Küri ilə birlikdə polonium və radium elementini kəşf edib.

Küri bundan başqa hər 3 ildən bir keçirilən dünya şöhrətli fizik və kimyaçıların toplaşdığı Solvay Konfransına (Conseils Solvay) qatılan ilk qadın olub.

Elmi işləri zamanı həddindən artıq radiasiyaya məruz qalaraq qan xərçənginə tutulan və buna görə də dünyasını dəyişən Madam Küri, "elm uğrunda ölən qadın" kimi tarixə düşüb.

HİV virusunu xarakterizə edən alim: Barre-Sinoussi

HİV-in QİÇS xəstəliyinə səbəb olduğunu kəşf edən fransız alim qadın Fransua Barre-Sinoussi də elm tarixində cığır açan qadınlar arasındadır.

QİÇS-ə mikrob və ya virusun səbəb olub olmadığını müəyyənləşdirmək üçün 1983-cü ildə yaradılan araşdırma qrupunda yer alan Barre-Sinoussi iki həftə ərzində fərziyyənin doğru olduğunu kəşf etdi.

Bu virusa insanın immun sisteminə zərər vuruğu üçün "Human İmmunodeficiency Virus (İnsan İmmunçatışmazlığı Virusu)", yəni HİV adı verilib.

Barre-Sinoussi sonrakı illərdə də AİDS-in müalicəsi və xəstəlik ətrafındakı sirrin tapılması istiqamətindəki səylərin ən böyük tərəfdarlarından biri oldu.

"Sinir böyümə amili"ni kəşf etdi, Nobeli qazandı

İtaliyanın Turin şəhərində 1909-cu ildə dünyaya gələn tibb tədqiqatçısı Rita Levi-Montalcini sinir böyümə amilinin kəşf edilməsi, sinir sisteminin inkişafı və fərqlənməsi məsələsində mühüm işlərə imza atıb.

Həmkarı Stenli Koen ilə birlikdə 1986-cı ildə "Sinir böyümə amili" fikirləri üçün Nobel üzrə Tibb Mükafatını qazanan Levi-Montalcini 103 yaşında Romada dünyasını dəyişib.

Məqalədə : alim qadınlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
726

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
807

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1549

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
223

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1801

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
847

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
296

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
245

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
305

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
248
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 08:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru