Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2019
15:44
563
`Minimum əməkhaqqı davamlı olaraq artırılacaq`

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib.

Ə.Məhərrəmovun sözlərinə görə, beynəlxalq təcrübədə əmək haqlarının paket şəkilində verilməsi, qeyri-rəsmi məşğulluğun bir növü kimi qiymətləndirilir:

 "Minimum əməkhaqqının artırılması qeyri- rəsmi məşğulluğun arada qaldırılması kimi qəbul etmək lazımdır. Bu zaman əməkhaqqının qeyri-rəsmi verilən hissəsi rəsimləşmiş olur. İşəgötürən ixtisassız şəxslərə əmək haqqını 180 manatdan az verməməlidir. Qeyri-rəsmi verilən əməkhaqqının iqtisadiyyatımıza mənfi tərəfləri çoxdur. İşçi bundan gəlir vergisi vermir, dövlətə daxil olmalar azalır. Büdcəyə daxilolmalar artıqca, əhalinin sosial müdafiəsinin yaxşılaşmasına daha çox vəsait ayrılır".

Ə.Məhərrəmov qeyd edib ki, bazar iqtisadiyyatı şəraitində bəzi işəgötürənlərin işçilərə öz mövcud imkanlarından daha az əməkhaqqı vermələri düzgün deyil:

“Minimum əməkhaqqının iqtisadi imkanlarından uyğun olmayan, bunun aşağı olmasından istifadə edən işəgötürənlər bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq əməkhaqqı verəcəklər. Bununla da dövlət sosial fonduna ödənişlər artacaq, vətəndaşlarımızın pensiya təminatı yaxşılaşacaq. İqtisadiyyatın bir çox sahələrinə müsbət təsirini göstərəcək. Bununla da işçi özünün pensiya təminatı üçün pensiya kapitalının toplanmış olacaq ki, gələcəkdə onun pensiyası yüksək məbləğdə tənzimlənəcək".

Şöbə müdiri bildirib ki, zamanla əmək haqqının real səviyyəyə uyğunlaşması təmin olunacaq:

“Bu yenilik özəl sektorlarda çalışan ən azı 150 min nəfərə təsir göstərəcək. Amma bunun əhatə dairəsi daha da geniş ola bilər. Özəl sektorda əsasən, bəzi xidmət sahələrində - avtomobil təmiri xidmətləri, çörək sexləri, hüquq şəxs statusunda olan ticarət sahələrində çalışanların əməkhaqları minimum əməkhaqlarına uyğun veriləcək".

Məqalədə : əməkhaqqı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
692

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
800

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1541

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
215

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1795

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
839

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
288

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
238

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
294

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
238
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 06:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru