Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2019
15:45
882
`Uber` Azərbaycan üçün yeni tətbiq hazırlayıb - `Uber Azerbaijan`

Azərbaycanda yeni “Uber Azerbaijan” tətbiqi istifadəyə verilib.

Şirkətdən FaktXəbər-ə verilən məlumata görə, bu tədbiq istifadəçilərin təkliflərini və bazar təlabatlarını nəzərə alaraq hazırlanıb.

Məsələn, zəif internet bağlantısı zamanı daha sürətli işləyir, bir gedişdə isə bir neçə ünvan qeyd etmək mümkündür. Tətbiq artıq “iPhone” və “Android” cıhazları üçün mövcuddur. Yeni istifadəçilər 25 fevral tarixinədək hər bir gediş üçün 30%-dək endirim əldə edəcəklər.

“Uber Azerbaijan” tətbiqi rastr əvəzinə vektor xəritələrindən istifadə edir, bu isə zəif internet bağlantısı zamanı tətbiqin daha surətli işləməsinə səbəb olur və cihazın yaddaşında əvvəlkinə nisbətən üç dəfə az yer tutur. Bundan əlavə, yeni tətbiqdə əvvəlki versiyada olmayan funksiyalar əlavə olunub. “Uber Azerbaijan” tətbiqi sifariş üçün müştərinin yaxınlığında yerləşən daha əlverişli nöqtələri tövsiyə edə bilir. Həmçinin yeni tətbiq daxilində siz sürücüyə bəxşiş verə bilərsiniz – bu məbləğ səfərin sonunda kartdan avtomatik tutulacaq.

“Uber”in Azərbaycan üzrə regional direktoru Ataman İnce bildirib: ""Uber Azerbaijan" mobil tətbiqində, istifadəçilərin istəklərinə uyğun olaraq, əlavə etdiyimiz yeni xüsusiyyətlərdən biri – dayanacaqlı marşrutlardır. Məsələn, dostları yolüstü ötürmək və ya marketə ziyarət etmək üçün bu imkan faydalı olacaq. Həmin ünvanları tətbiqdə qeyd etdiyiniz zaman, sistem sizin marşrutu təyin edir və dayanacaqları nəzərə alaraq qiymət hesablayır".

Xüsusi olaraq yeni tətbiqinin yaradılması səbəbi ilə “Uber Azerbaijan” vasitəsi ilə yerinə yetirilən bütün gedişlər endirimli olacaq. Endirim dəyəri 1 AZN-dən çox olmamaq şərti ilə 30%-dək təşkil edə bilər və istifadəçi marşrutun son nöqtəsini göstərdikdə, endirim avtomatik olaraq tətbiq olunacaq. Təklif 11-25 fevral 2019-cu il tarixləri arasında keçərlidir. Qeyd edək ki, endirimlər sürücülərin mənfəətinə təsir göstərməyəcək –səfərin tam dəyərinə əsasən, xidmət şirkət tərəfindən kompensasiya edilir.

Bir müddət sonra əvvəlki “Uber” proqramı Azərbaycanda fəaliyyətini dayandıracaq və ondan yalnız xaricdə istifadə etmək olacaq. “Uber Azerbaijan” tətbiqinə keçid asan və şəffaf olacaq. Qeydiyyatdan keçərkən müştəri sadəcə “Uber” hesabına bağlı olan nömrəsini qeyd etməlidir – gedişlərin tarixçəsi, seçilmiş ünvanlar, tətbiqə əlavə olunmuş ödəmə kartları və sifariş hesabatları üçün e-poçt ünvanı, yeni “Uber Azerbaijan” tətbiqində avtomatik olaraq göstəriləcək.

Məqalədə : Uber 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
691

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
799

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1539

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
214

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1794

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
838

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
287

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
237

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
293

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
237
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 06:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru