Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2019
14:48
744
Amnesty: `Səudiyyədə qadın məhbuslar işgəncələrə məruz qalır`

Səudiyyə Ərəbistanında siyasi məhbuslara qarşı işgəncələr davam edir. Qurbanlar isə qadınların avtomobil sürməsi tələbi ilə insan haqları uğrunda mübarizə aparan xanımlardır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Washington Post xəbər verib.

Bildirilir ki, qadınlar həbs müddətində təkadamlıq kameralarda saxlanılır, mütəmadi olaraq döyülmələrə, elektrik cərəyanına, suda boğmalara və cinsi təcavüzlərə məruz qalıblar. O da vurğulanır ki, Səudiyyə Ərəbistanın ali rəhbərliyinin də bunda əli olub. 

Beynəlxalq Amnistiya ötən ilin may ayında  saxlanılan və bu günə kimi də həbsdə olan 10-a yaxın qnadının  və bir neçə kişinin kimliyini müəyyənləşdirə bilib. Onların heç birinə qarşı rəsmi ittiham irəli sürülməyib və məhkəməyə çıxarılmayıb.

Ötən ay Amnesty xəbər vermişdi ki, 10-a yaxın insanın saxlanıldığı ilk üç ayda işgəncələrə məruz qaldığı barədə sübutları var. Fiziki zorakılıqdan əlavə, onlara cinsi zorakılıq da tətbiq olunurdu. Ailə üzvlərinin sözlərinə görə, qadınlardan biri Lujan əl-Xatlul ona qarşı işgəncələrdə iştirak edən Səud əl-Katani (Məhəmməd bin Salmanın baş köməkçisi) tərəfindən zorlanma ilə təhdid edilib.

Məlumata görə, həbs olunanlar arasında Xatlul kimi hüquq müdafiəçilərlə yanaşı, Xatun əl-Fassi və Əzihə əl Yusif kimi universitet müəllimələri də var. Samar Bədəvi 2012-ci ildə Qadın hüquqlarında göstərdiyi xidmətlərə görə Dövlət Departamenti tərəfindən mükafatlanmışdı.  İman əl-Nəfyan və Nur Əbdül Əziz isə jurnalist və bloqerlərdir.

Britaniyalı parlamentarilərin bu həftə təqdim etdikləri yeni hesabatda onlara qarşı cinayətin ciddiliyi vurğulanıb. Sənəddə bildirilir ki, qadınlar  qəddar, qeyri-insani və ləyaqəti alçaldan,  ocümlədən  döymə, yatmağa imkana verməmə, tək saxlama və sair işgəncələrə məruz qalıb.

Parlemantin Mühafizəkarlardan deputatı olan  Krispin Blant bu baş verənlərə görə, Səudiyyənin  ali hökumətinə kimi bütün  təqsirkarların  cavab verməsi tələbi ilə çıxış edib.

Parlament bundan başqa BMT-dən məhbus qadınlara qarşı qəddar münasibəti araşdırmağı, həmçinin bu işdə əli olan şəxslərin İşgəncələrə Qarşı Beynəlxalq Konvensiyaya uyğun Səudiyyə Ərəbistanında olmasa belə digər ölkələrdə mühakimə olunmalarına çağırıb.

Məqalədə : Amnesty International 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
59

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
71

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
623

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
446

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
292

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
245

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
245

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
388

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
469
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 10:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru