Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2019
16:22
AzTv-nin sabiq sədri müdir təyin edildi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib.

Faktxeber.com xəbər verir ki, iclasda İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, baş hüquqşünas Zakir Nağıyev iştirak ediblər. 

İclasın sədri, fakültənin dekanı, professor Mahirə Hüseynova Elmi Şura üzvlərini gündəlikdə duran “Müasir Azərbaycan dili, Azərbaycan dilçiliyi, Azərbaycan dili və onun tədrisi metodikası kafedralarına müdir vəzifəsinə seçki” haqqında seçicilərə ətraflı məlumat verib.

Sonra sədr yuxarıda adı qeyd olunan kafedralara müdir vəzifəsinə namizədliyini irəli sürmüş əməkdaşlara - professor Nizami Xudiyevə, professor Buludxan Xəlilova, filologiya üzrə elmlər doktoru Kamil Bəşirova, professor İbrahim Bayramova, dosent Ədalət Abbasova, dosent Sevda Abbasovaya söz verib. Namizədlər öz platformaları haqqında danışıblar. 

3 nəfərdən ibarət səs hesablayıcı komissiya təşkil olunub və səsvermə nəticəsində Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsinə professor Nizami Xudiyev, Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə professor Buludxan Xəlilov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə isə dosent Sevda Abbasova səs çoxluğu ilə seçilib.

Professor Nizami Xudiyev 1995-2010-cu illərdə Milli Məclisin deputatı olub. O, 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.

Məqalədə : Aztv 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
174

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
240

Rusiyada helikopter sərt eniş edib

26

May
09:44
DÜNYA
478
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 14:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru