Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2019
11:58
Pensiyalar bu qədər artacaq — Hesablama qaydası

Dünən prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncam imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin; fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin. Sözügedən sərəncam pensiyaların artımına necə təsir göstərəcək?

FaktXəbər bildirir ki, İqtisadçı-ekspert Rövşən Ağayev bu barədə Qaynarinfo-ya açıqlama verib. O, bildirib ki, ölkə başçısının sözügedən sərəncamı qanunun prosedurundan irəli gələn məsələdir:

"Əmək Pensiyası haqqında" Qanunun 29-cu maddəsinə əsasən pensiyalar ildə bir dəfə orta aylıq əmək haqqının səviyyəsinə görə indeksləşdirilir. Ötən il orta əmək haqqı 2,9 faiz olub. Yəni, indeksləşdirmə də 2,9 faiz səviyyəsində aparılacaq. Bildiyiniz kimi bizdə pensiyalar iki hissədən, baza və sığorta hissəsindən ibarətdir. Baza hissəsi qanunla 110 manatdır. Bir də əlavə olaraq sığorta hissəsi var ki, bu, işçinin stajına görə qazandığı əməkhaqqına uyğun olaraq hesablanır. Məsələn siz 400 manat əməkhaqqı alırsınızsa, bunun 110 manatı baza, yerdə qalan hissəsi isə gələcəkdə alacağınız pensiyanın sığorta hissəsidir.

Bu gün kim 200 manat pensiya alırsa, onun 110 manatı baza hissəsi yerdə qalan 90 manatı isə sığorta hissəsidir.

Nümunə 1: Pensiyanın məbləği 200 manatdırsa

(200-110) x 2,9 : 100 = 2,61 AZN (artım)

Nümunə 2: Pensiyanın məbləği 250 manatdırsa

(250-110) x 2,9 : 100 = 4.06 AZN (artım)

Bir də ki, bu gün çalışan amma pensiya almayan şəxslər var ki, onların da pensiya kapitalı yığılır. Həmin şəxslərin dediyim kimi əmək haqqılarının sığorta hissəsi gələcək üçün 2,9 faiz səviyyəsində indeksləşdiriləcək.

Məqalədə : pensiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

03

İyun
09:29
İQTİSADİYYAT
150

Bibiheybət yolu gələn həftə açılır

03

İyun
08:58
NƏQLİYYAT
327

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
293

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
222

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
330

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
338

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
267
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 09:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru