Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2019
11:37
1008
“Motorola” yeni smartfonlar seriyası təqdim edib

Çinin “Lenovo” istehsalçısının tərkibinə daxil olan “Motorola” şirkəti “Moto G7” smartfonlar seriyasını təqdim edib. Seriyaya dörd model daxildir: əsas “G7” tutumlu batareyaya malik “G7 Power”, ən ucuz “G7 Play” və böyük ekranlı və qoşa kameralı “G7 Plus”.

Qiyməti 150-300 avro qiymətləndirilən qurğular “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyir və kameralı ekran və “USB-C” portu ilə təchiz edilib.

Ən bahalı (300 avro) “G7 Plus” modeli 6,2 düym diaqonallı (1080х2270 piksel) ekran, orta səviyyəli “Snapdragon 636” prosessoru (digərləri Snapdragon 632 çipinə malikdir), 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaş, 3 min milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. Arxa tərəfdə qoşa kamera (16 + 5 meqapiksel) və optik təsvir sabitləşdiricisi, öndə isə 8 meqapikselli kamera quraşdırılıb.  

Qiyməti 50 avro ucuz olan standart “G7” modeli “Plus” versiyasından “Snapdragon 632” prosessoru, daha sadə qoşa kamera (12 + 5 meqapiksel) və 8 meqapikselli ön kamera ilə fərqlənir.

Qiyməti 210 avro təşkil edən “G7 Power” modeli eyni ekran (təsvir ölçüsü 720x1512 pikseldir) ölçüsünə, prosessor və ön kameraya malikdir, lakin kamera təkdir (12 meqapiksel), quraşdırılmış yaddaşın tutumu isə iki dəfə azdır (32 giqabayt). Buna baxmayaraq onun akkumulyator tutumu 5 milliamper/saata bərabərdir.

Seriyaya daxil olan ən ucuz “G7 Play” modelinin qiyməti 150 avrodur. Bu versiyanın ekranı 5,7 düym diaqonallıdır, arxada isə 13 meqapikselli tək kamera quraşdırılıb. Model 2 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşa, eləcə də 3 min milliamper/saat tutumlu akkumulyatora malikdir.  

Məqalədə : Moto G7 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
165

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
252

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
207

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
154

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
172

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
133
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 17:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru