Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2019
10:55
Dəmiryol sistemində yenilənmə olacaq - FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Prezidentin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.

"FaktXəbər" bildirir ki, fərmanla Nazirlər Kabinetinə dəmir yolu nəqliyyatı ilə yüklərin daşınması qaydalarını, dəmir yolu nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması qaydalarını, dəmir yolu nəqliyyatı haqqında nizamnaməni, dəmir yolu nəqliyyatının texniki istismar qaydalarını, dəmir yolu nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair təlimatı, dəmir yolu nəqliyyatının siqnalizasiya təlimatını, dəmir yolu nəqliyyatı infrastrukturunda hərəkətin təhlükəsizliyi və istismarı qaydalarının pozulması ilə əlaqədar hadisələrin araşdırılmasının təşkili və qeydiyyatı qaydalarını, dəmir yolu nəqliyyatında istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılması və qeydiyyatı (uçotu) qaydalarını, dəmir yolu nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması qaydalarını, dəmir yolu keçidlərinin istismarı qaydalarını, ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə qaydalarını, dəmir yolu nəqliyyatı ilə sərnişinlərin daşınması fəaliyyətinin subsidiyalaşdırılması qaydalarını 6 ay müddətində Prezidentlə razılaşdırmaqla təsdiq etməsi tapşırığı verilib.

Nazirlər Kabineti Prezidentlə razılaşdırmaqla dəmir yolu nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin (dəmir yolunun təhkim zolağı və xüsusi mühafizə zonasının da hüdudları, döngə nöqtələri və onların koordinatları göstərilməklə) kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) aktual qrafik təsvirini altı ay müddətində müəyyənləşdirilməsini təmin edəcək.

Kabinet dəmir yolunun ölkədaxili daşımalarla yanaşı, regional və beynəlxalq daşımalarda artan rolunu nəzərə alaraq, onun fəaliyyətinin səmərəli və müasir tələblərə cavab verən səviyyədə qurulması və bunun üçün lazımi həcmdə sərmayənin cəlb edilməsini təmin etmək məqsədi ilə “Azərbaycan dəmir yolunun 2019-2023-ci illərdə inkişafı Dövlət Proqramı”nın layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.

Beləliklə, fərmanla Dövlət Proqramının müddəti daha 3 il uzadılıb.

Məqalədə : Azərbaycan dəmiryolu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6215

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5109

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6636

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6662

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9052

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-07-2020 17:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru