Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2019
10:11
676
Səadət Bənəniyarlı: `Qobustan həbsxanasına baş çəkəcəyik`

Qobustan həbsxanası ilə bağlı səslənən iddialar-dustaqlara işgəncə verilməsi ilə bağlı xəbərlərdən sonra insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri sözügedən cəzaçəkmə müəssisəsində olublar.

Başçəkmə çərçivəsində müəssisənin məhkumların saxlandığı rejim korpuslarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə və digər obyektlərə baxışlar keçirilib, saxlanılma şəraiti, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. Müəssisənin bəzi rejim korpuslarının kameralarında saxlanılma şəraitinin təkmilləşdirilməsinə ehtiyacın olduğu müşahidə edilib.

Müəssisədə çoxsaylı məhkumlar təkbətək qəbul edilib, saxlanılma şəraiti, görüş, telefon danışığı, tibbi yardımla bağlı məsələlər araşdırılıb, habelə bir sıra müraciətlər yerində təmin olunub.

Faktxeber.com məlumat verir ki, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Səadət Bənəniyarlı “Yeni Müsavat”a açıqlamasında deyib: “Biz bu məsələ ilə yaxından maraqlanırıq. Fevralın 6-da iclasımız keçirildi. Penitensiar Xidmətlə əlaqə saxladıq. Onların dediyinə görə, Qobustan həbsxanasında hazırda aclıq aksiyası keçirilmir. Hətta Abbas Hüseynin valideyninin narahatlığını biz çatdıranda dedilər ki, həmin məhbus valideynləri ilə həbsxanada görüşüb. Məsələlərə aydınlıq gətirildiyini bildirdilər. Biz bu məsələləri gündəmdə saxlayırıq. İctimai Komitənin üzvləri üçün Qobustan həbsxanasına baş çəkmək mümkündür. Yəqin ki, bu başçəkmə baş tutacaq”.

Məqalədə : Qobustan həbsxanası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
194

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1808

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
347

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1267

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
416
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 23:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru