Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2019
12:15
1516
Aynur Sofiyeva: `Ailə institutu deformasiyaya məruz qalıb`

“Ailədəki problemlərin kökü araşdırılmalıdır. Reallıq odur ki, müəyyən problemlər var. Təəssüflər olsun ki, ailə institutu deformasiyaya məruz qalıb”.

Bunu Bakıda “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda keçirilən konfransda Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

O qeyd edib ki, Avropada bəzi ailələrdə uşaq əvəzinə, heyvan saxlayırlar: “Bizə həmin yeni modelləri sırımaq istəyirlər. Biz proseslərə nəzər salsaq, Qərbdə ailə dəyərlərinin deformasiya olduğunu görmüş olarıq. Bu da demoqrafik problemlər yaradır. Onlar bu problemləri həll etmək əvəzinə, digər cəmiyyətlərə ötürmək yolunu seçirlər. Bəzi qüvvələr var ki, dünyanın bir nöqtədən idarə etməyə çalışırlar, buna müxtəlif yollarla cəhd edirlər. Amma onlar istəklərinə nail ola bilmədilər. Məqsəd milli dəyərləri qorumaq olmalıdır”.

A.Sofiyeva qeyd edib ki, bəzi beynəlxalq təşkilatlar insan hüquqları adı altında hansısa fikirləri təbliğ edirlər: “Təəssüflər olsun ki, içimizdəki bəzi qruplar onları dəstəkləyir. Sosial şəbəkələrdə “verbovşiklər” konkret məqsədlərə xidmət edirlər. Bu şəbəkələr vasitəsilə hər bir ailəyə nüfuz edirlər. Onlar beyinlərə təsir göstərməyə çalışırlar. Azərbaycan ailələri buna necə hazırdır? Bizim ailələrin əsrlərdən bəzi dəyərləri var. Əlbəttə ki, zamanın təsirlərinə məruz qalsa da, fundamental dəyərləri bugünə qədər qoruyub saxlayıb. Məqsədimiz bunu gələcək nəsillərə ötürməkdir. Dövlət ailə məsələlərinə xüsusi diqqət yetirir. Bu istiqamətdə müxtəlif addımlar atılır. Biz ailə siyasətinin istiqamətinin vektorunu dəyişəcəyik, yəni yalnız həssas ailələrin deyil, bütün ailələrin sosial rifahının yaxşılaşması üçün addımlar atılacaq”.

Məqalədə : Aynur Sofiyeva 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
215

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
234

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
401

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
232

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
300
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 04:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru